Simferopol yaxınlığında yerli sahibkarın evində Rusiya güc strukturları ev sakinlərini diz çökməyə məcbur ediblər, zəng etmələrinə də imkan verməyiblər.

ilmi_b181116Rus işğalçıları Krım tatarlarının evlərində axtarış aparırlar. Bu barədə öz facebook səhifəsində Krım tatarları Məclisinin rəhbəri İlmi Ümərov məlumat verib:

"Məlumat gəldi ki, Baxçasaray rayonu, Kaştanovskiy kəndlər birliyi, Otradnoye kəndi, Molodyojnaya küçəsində yaşayan Şərif Qəniyevin evində axtarış aparılır. Şərif qaynaqçı işləyir. Təxminən 40-45 yaşlarındadı. Ora gələ bilmirəm. Kim yaxındırsa, məlumat versin”, – Ümərov yazır.

Onun sözlərinə görə axtarışın səbəbləri məlum deyil.

calalov_b181116Məclis başçısının müavini Nəriman Cəlalov da öz facebbok səhifəsində Simferopol rayonu Sofiyevka kəndində yerli sahibkarın
evində aparılan axtarışdan yazıb. Axtarış uzun çəkməyib.

"Bundan sonra güc strukturları sahibkarın oğlunu özləri ilə aparıblar. Qohumlar hesab edir ki, axtarışa səbəb sahibkar fəaliyyəti olub. Evə hücum edən güc strukturları işçiləri hamını diz üstə otuzdurublar, zəng etməyə imkan verməyiblər, hal şahidləri kimi yerli sakinlərdən dəvət etməyə qadağa qoyublar. Özləri bütün otaqlara baxış keçirəndən sonra ayağa durmağa icazə veriblər və axtarışa başlayıblar”, – o, əlavə edib.

Vəkil Emil Kurbetdinov da oxşar hadisələri öz fb səhifəsində təsvir edib. Bu dəfə Müslim Aliyev adlı Krım tatarını məcburi psixiatrik müayinədən keçməyə psxiatrik xəstəxanaya aparıblar. Vəkilin sözlərinə görə o, İlmi Ümərova dəstək olaraq psixiatrik müayinədən keçməkdən imtina edib.

Xatirladırıq ki, çərşənbə axşamı BMT-nin Baş Assambleyasında Krımda insan haqları sahəsində vəziyyəti mühakimə və Rusiyanı yarımadaya beynəlxalq müşahidəçilərin daxil olmasına imkan verməyə dəvət edən qətnamə qəbul olunmuşdur.

BMT-inin bu sənədlərində ilk dəfədir ki, Rusiya qəsbkar ölkə adlandırılır, Krım və Sevastopol isə, "Ukrayna həqiqətləri” xəbər portalına görə, müvəqqəti işğal olunmuş ərazi kimi qeyd olunur”.

Azər İsmayıl, bastainfo.com

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300