17 noyabr Milli Dirçəliş Gününün  28-ci ildönümü  ilə əlaqədar  KXCP sədri Mirmahmud Mirəlioğlu  Azərbaycan Xalqını təbrik edib.

 

Təbrikdə deyilir: 

 "Əziz həmvətənlər!

Hörmətli Xanımlar və Bəylər!

Sizləri Xalqımızın şanlı tarixi - 17 noyabr Dirçəliş Günü münasibəti ilə təbrik edirəm! Torpaqlarımızın, Vətənimizin Bütövlüyü, Azadlığı və Müstəqilliyi yolunda şəhid olanlara ALLAHdan rəhmət diləyirəm. Qazilərimizə can sağlığı, Bütöv Azərbaycan vətəndaşı olmağı arzulayıram!

Əsrlərlə davam edən çar-sovet rus işğalından qurtulmaq Azərbaycan insanının ən mühüm arzu - niyyəti idi. İSTİQLALımıza qovuşmağın başlanğıcı olan, 17 noyabr - Milli, Dini və Dövlət Bayramlarımızın əsasının qoyulduğu və reallaşdırılmasının başlandığı gündür. Bu gün, şəhidlərimizin qanı, millət böyüklərinin fədakar mübarizliyi və dövlət düşüncəsinin nəticəsidir.

17 noyabrdan başlanan Milli Dirçəliş - Azərbaycanın Dövlət Müstəqilliyinin bərpası ilə nəticələndi. İnşallah, Bütöv, Demokratik, Azad Azərbaycanda yaşamaq hər birimizin nəsibi olsun.

Şəhidlərin qanını yerdə qoymayaq!

Qazimizə sahib duraq!

Bayramınız mübarək olsun!"

Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300