Futbol o qədər inkişaf edib ki, artıq futbolçuların qazandığı pullar inanılmaz rəqəmlərə çatıb. "Real Madrid”in Qaret Beyl üçün verdiyi 100 milyon avro bunun ən gözəl nümunəsidir. Futbolçulara ödənən ödənişlərin artmasını da qeyd etmək lazımdır. 

Bəzi futbolçular ödənilən pulları görən kimi "Mən peşəkaram, aldığım pula baxıram" deyib, rahatlıqla digər komandaya keçə bilirlər.

Bu gün sizlərə təqdim edəcəyimiz siyahıdakı futbolçular isə, yalnız bir komandaya sadiq qalaraq, karyeralarını həmin klubda bitiriblər. Qeyd edək ki, bu siyahıda belə futbolçuların yalnız bir qismi yer alır. 

Françesko Totti - "Roma”

Bu siyahının qətiliklə 1 nömrəsi Françesco Tottidir. 20 ildir tərlətdiyi "Roma" formasını yüzlərlə təklifləri, milyon avroları rədd edərək əynindən çıxarmayıb. 2010-cu ildə "Golden Foot” (Qızıl Ayaq) mükafatını da qazanan ulduz oyunçu, karyerasına 230-dan çox qol sığdıraraq klub tarixinə keçib. "Roma" klubu da 37 yaşlı Tottini 40 yaşına qədər komandada tutacaq yeni müqavilə imzalayaraq onun sədaqətini mükafatlandırıb. 

Картинки по запросу Steven Gerrard

Steven Gerrard - "Liverpul”

Bir dəfə FIFA-nın ilin futbolçusu mükafatı laureatı, 3 dəfə İngiltərənin ən qiymətli futbolçusu seçilmiş, UEFA və Çempionlar Liqası kubokunu qaldırmış bir "Liverpul" əfsanəsi... Komandası ilə 450-dən çox matça çıxan kapitan, 1998-ci ildən 2015-ci ilə qədər "Liverpul" forması deyinib. Hazırda isə "Los Angeles Galaxy"də top qovsa da, hər kəs onu ancaq "Liverpul"lu Gerrard kimi tanıyır. 

Картинки по запросу Paolo Maldini

Paolo Maldini - "Milan”

41 yaşında karyerasını başa vuran Maldini... "Milanda" düz 25 il forma geyən və bu müddətdə 877 matça çıxan Maldininin milli komanda karyeri də əlavə olunduğunda 1000-dən çox matça çıxıb. Maldini və "Milan" hekayəsini daha maraqlı hala gətirəcək bir başqa məsələ isə, atası Cesarenin və oğlu Kristianın da "Milan" forması geymiş olmasıdır.

Картинки по запросу Ryan Giggs

Ryan Giggs - "Mançester Yunayted”

"Mançester Siti"nin gənc heyətində oynayarkən Aleks Ferqusonun evinə qədər gedib razı saldığı futbolçu 1990-ci ildə başlayan "Mançester Yunayted" karyerində 24 ilini tamamlayıb. Bu müddət ərzində o, 34 mükafat qazanıb. 13 dəfə İngiltərə çempionu, 4 dəfə İngiltərə Kubokunu və 9 dəfə Super Kubokonu, 2 dəfə Çempionlar Liqasını qazanan Giggs, "Mançester Yunayted”in heyətində rəsmi oyunlarda ən çox meydana çıxan futbolçudur.    

Картинки по запросу Cüneyt Tanman

Cüneyt Tanman - "Qalatasaray”

Libero, sol qanad, orta sahə və hücumçu olmaq üzrə bir-birindən əlaqəsiz 4 ayrı mövqedə forma geyən "Qalatasaray" əfsanəsi, 17 il tərlətdiyi sarı-qırmızılı forma altında 375 matça çıxıb və 39 da qol vurub. 

Картинки по запросу Müjdat Yetkiner

Müjdat Yetkiner - "Fənərbaxça”

"Fənərbaxça" tarixinin ən uzun müddət forma geyən futbolçuları arasında olan Müjdat Yetkiner, sarı-göy forma ilə 429 matça çıxıb. 26 dəfə də milli komanda forması geyən Yetkiner, 15 ilin ardından 1995-ci ildə futbol karyerasını bitirib. 

Картинки по запросу paul scholes

Paul Skols - "Mançester Yunayted”

2012-ci ildə futbol həyatına son verən Paul Skols, Aleks Ferqusonun israrları üzərinə futbola geri dönüb və komandasının çempionluğunda əhəmiyyətli rol oynayıb. Yarım qalan təqaüdçülüyünü 2013-cü ilin ortalarında tamamlayan Skols, klubu adına 499 matça çıxıb və 107 qol vurmağı bacarıb. 

Картинки по запросу Sabri Sarıoğlu

Sabri Sarıoğlu - "Qalatasaray”

Luçeskunun 17 yaşındaykən əsas komandaya çıxardığı Sabri, bəlkə də möhtəşəm bir oyun sərgiləmir, amma könüllərdə taxt qurmağı bacarıb. 1999-cu ildən bəri "Qalatasaray" forması geyinən Sabri, bu müddət ərzində əsas heyətdə 454, ümumilikdə isə 515-dən çox rəsmi matça çıxıb və 13 qol vurub. //musavat.com//


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300