Onlara "Polisi, Vergilər Nazirliyini, Gömrük Komitəsini və FHN-ni tənqid etmək olmaz” xəbərdarlığını ediblər.

IMG_9676

Ötən gün Tahir İmanovla həmkarlarının oxu.az saytına verdiyi müsahibə ölkə mətbuatında və sosial şəbəkələrdə böyük səs-küyə səbəb olub.

Müsahibədə "Parni iz Baku” komandasının üzvləri-Azər Məmmədzadə, Bəhram Bağırzadə və Cabir İmanovun da fikirləri öz əksini tapıb. Komanda üzvləri kanal rəhbərlərinin onlara qadağa qoyduğunu, hətta bir neçə konsertlərinin efirdə yayımına icazə vermədiklərini qeyd edib.

Tahir İmanov polislərlə bağlı kadrların daha çox "Gülüş yığması” layihəsinin "Hit-parad” rubrikasında olduğunu vurğulayıb. KVN-çi bildirib ki, "Space” telekanalının rəhbəri Vaqif Mustafayev başda olmaqla kanalın digər rəhbər şəxsləri onu görüşə dəvət edib və "polisləri tənqid etmək olmaz” cavabını veriblər.

Məşhur aktyorla ATV-də də eyni problemlə üzləşdiklərini əlavə ediblər. Hətta onlara "Polisi, Vergilər Nazirliyini, Gömrük Komitəsini və FHN-ni tənqid etmək olmaz” xəbərdarlığını ediblər.(Qafqazinfo)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300