23

Cabit Rəsulov qurumu öz qanunları idarə edir?

Məlumat üçün bildirək ki, "AzEurotel” BM 1996-ci ildə yaradılıb. Lakin adıçəkilən qurum şirkətin maliyyə-təsərrüfat fəaliyyətində bir çox problemlərin olması, kənar təşkilatlara külli miqdarda borcların yaranması, müəssisənin iflas vəziyyətinə düşməsinin qarşısının alınması, müəssisənin sağlamlaşdırılması və gələcək fəaliyyətinin təşkili məqsədilə "AzEurotel”in təşkilati-hüquqi forması qanunvericiliyə uyğun olaraq dəyişdirilərək o dövrdə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin nəzdində "AzEurotel” MMC-ə çevrilib.

  "AzEurotel”in MMC-ə çevrilməsi prosesi zamanı müştərək müəssisənin baş direktoru Nuru Əhmədov öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilib və həmin vəzifəyə Cabit Rəsulov təyin edilib. Bu təyinatdan sonra çoxları düşündü ki, "AzEurotel”də nəhayət ki, sağlam mühit formalaşacaq. Qurumun təşkilati-hüquqi formasının dəyişdirilməsilə paralel olaraq rəhbərliyin də yenisi ilə əvəz edilməsi müasir tələblərə cavab verən və Azərbaycan iqtisadiyyatında müəyyən rol oynamağa qadir olan bir təşkilatın yaranmasına zəmin yaradırdı.

 Məlumatlardan göründüyü kimi, əvvəlki illərdə iflas həddinə çatdırılmış bu təşkilatın yeni rəhbəri Cabit Rəsulov əsaslı dəyişikliklərə nail olmalı idi. Lakin adıçəkilən qurumdan daxil olan informasiyalar onu deməyə əsas verir ki, "AzEurotel”də daha ciddi kadr islahatlarına ehtiyac var. İddia olunur ki, bu qurumda vəsaitlər müxtəlif formalarda mənimsənilir, kütləvi israfçılıqlara yol verilir.

Mənbəmizin məlumatlarına görə, bütün bu qanunsuz işlərə Cabit Rəsulov başçılıq edir. Müəssisənin vicdanlı işçiləri isə baş verənlərə sadəcə müşahidəçi kimi yanaşmaq zorundadırlar. Əks təqdirdə onlar işləri ilə vidalaşmalı olacaqlar.

"AzEurotel”lə bağlı redaksiyamıza daxil olan məlumatlar araşdırılma mərhələsində olduğu üçün gələn saylarımızda Cabit Rəsulovun başçılığı altında həyata keçirilən maliyyə maxinasiyaları, kimlər onun  üçün MTN olaylarında xahişlər etdiyi barədə ətraflı məlumat verməyə çalışacağıq.

"Azevrotel”-lə əlaqə saxlasaqda sualarımızı cavablanıdıran olmadı

Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq (xalq.az).


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300