İsrail parlamentinin ərəb əsilli deputatı Əhməd Tiybi ölkədə səsgücləndiricilər vasitəsilə azanın qadağan edilməsinə özünəməxsus formada etiraz edib.

Bu barədə Fələstin mediası məlumat yayıb.

Qurani-Kərim və İncildən ayələr oxuyan Tiybi əsl təxribatçının İsrail Baş naziri Benyamin Netanyahu olduğunu bildirib:

"Əsl təxribatçı və gurutlu yaradan Netanyahudur. O, müsəlmanlara qarşı islamafobik kampaniya aparır. Azan bu vətənin həqiqətidir və ayrılmaz hissəsidir.

Biz də cümə və şənbə günləri şofarla oxunan səslərdən və xüsusi bayramlarınızda tətbiq etdiyiniz məhdudiyyətlərdən narahatlıq keçiririk. Lakin biz etiraz edib, dini rituallarınıza qarışmırıq. İsrail əsgərləri "Allahu Əkbər" deyənlərin üzərinə itlərlə hücum edir. O zaman Allah sizdən böyük demişdim. Yenə də deyirəm: Allah sizdən böyükdür və sizin itə bənzər xarakterinizdən çəkdiklərimiz nədir görəsən?"

Qeyd edək ki, İsrail cəmiyyətində narahatlıq yaratması səbəbindən azanın səsgücləndiricilər vasitələrlə oxunmasının qadağan edilməsi ilə bağlı Knessetdə qətnamə qəbul edilmişdi.

Həmin qətnamənin İsrailin digər dövlət qurumları tərəfindən təsdiqlənməsi gözlənilir.(axar.az)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300