Yaxın günlərdə İsrail baş nazirinin Azərbaycana səfəri planlaşdırılır, – "Azərbaycan 24" xəbər verir.

Maraqlıdır ki, təxminən eyni vaxtda İran prezidenti Həsən Ruhaninin Ermənistana səfəri nəzərdə tutulub. Noyabrın əvvəlində İranın Ermənistandakı səfiri Seyid Kazem Sacadi 1 in.am saytına açıqlamsında səfərin tezliklə reallaşacağını müjdələmişdi. "İranın Ermənistanla dostluq münasibətləri var və müəyyən edilmiş vaxtda səfər baş tutacaq. Həsən Ruhaninin Ermənistana ziyarəti ölkələrimiz arasında əməkdaşlığı daha da möhkəmləndirəcək və dərinləşdirəcək”, – deyə diplomat qeyd eləmişdi.

Bu yerdə onu da qeyd edək ki, təqribən ayyarım öncə – Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyanın Tehran səfəri çərçivəsində, yəni faktiki, Ruhaninin səfəri öncəsi İran və Ermənistan arasında viza rejimi götürülüb. Azərbaycanla İran arasında isə, bəlli olduğu kimi, belə bir rejim hələ qalır.

Bəzi siyasi müşahidəçilərə görə, İsrail baş nazirinin Bakı səfəri Ruhaninin İrəvan səfərinə Azərbaycan üçün müəyyən mənada cavab effekti daşısa da, hər halda rəsmi Tehranın bundan daha çox qıcıqlanacağı şəksizdir. Üstəlik, Natanyahunun Bakı danışıqlarının daha bir nəticəsi olaraq, Təl-Əvivdə Azərbaycan səfirliyi açılarsa, İranın rahatsızlığını təsəvvür eləmək çətin olmaz. O üzdən hesab edilir ki, Bakı səfirlik açılması ilə eyni vaxtda Tehranla viza rejimini nəhayət, aradan qaldırmaqla, cənub qonşumuzun qıcığını xeyli yumşaldıla bilər.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300