Neftçalada 65 və 62 yaşlı bacıların meyitləri yaşadıqları evdə aşkar olunub.

Bu gün saat 17 radələrində Neftçala şəhəri, 5-ci məhəllə, Qoltuq yaşayış massivindəki evlərdən birində yaşayan iki bacı, 1951-ci ildə anadan olmuş Gövhər Ağagül qızının və 1954-cü ildə anadan olmuş Balacaxanım Ağagül qızının meyitləri Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aşkar olunub.

Virtualaz.org saytının Şirvan bürosunun məlumatına görə, iflic keçirdiyi üçün yataq xəstəsi olan bacısına qulluq edən bacılardan birinin 5 gün müddətində çörək almağa gəlməməsindən narahat olan qonşular polisə müraciət etdikdən sonra bacıların yaşadıqları evdə cəsədləri tapılıb.

Meyitlərin ilkin müayinəsi zamanı onların üzərində heç bir zorakılıq əlaməti aşkar olunmasa da, ölümlərinin əsl səbəbi dəqiq və hərtərəfli tibbi ekspertizadan sonra müəyyənləşəcək.

Eyni zamanda evə baxış keçirilərkən mətbəxdəki qaz sobasının açıq olması onlardan birinin qazdan boğulma ehtimalını yaradıb.

İflic keçirmiş yataq xəstəsi olan digər bacının isə 5 gün ərzində baxımsızlıqdan dünyasını dəyişməsi güman olunur.

Faktla bağlı Neftçala Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300