Bakıda bütün avtobusların arxa şüşəsində bir neçə gündür yerləşdirilən 141 rəqəmi yəqin ki, sizin də diqqətinizi çəkib. Üstəlik, bununla bağlı heç bir yerdə açıqlamanın olmaması məsələni daha da müəmmalı edir.
Maraqlıdır, görəsən bu rəqəm nəyə xidmət edir?
Bununla bağlı ATV.az-a açıqlama verən Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirdi ki, hələ ki, bu barədə açıqlama verilmir:
"Bu rəqəmin elə bir xüsusi gizliliyi yoxdur. Sadəcə onu deyə bilərik ki, bu rəqəm nəqliyyatla bağlıdır. Onunla bağlı rəsmi açıqlama gələn həftə veriləcək”.
Xəyalə Məmmədova /