"Seymur Həzinin səhhətindəki problemlər artmağa başlayıb”. Bu barədə onun xanımı Nigar Həzi "Facebook” səhifəsində yazıb. 

O, bildirib ki, 13 noyabrda həyat yoldaşı ilə telefonla danışıb. Seymur Həzi deyib ki, revmatizm ağrıları şiddətlənməyə başlayıb. "Ancaq 17 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyi müayinə üçün onu xəstəxanaya göndərmir” – Nigar Həzi bildirib.

Onlar bu həftə Seymur Həzinin xəstəxanaya göndəriləcəyini gözləyiblər, amma bu, baş verməyib. Seymur Həzi bildirib ki, onun səhhətində baş verən ağırlaşmaların məsuliyyəti hakimiyyətin üzərindədir.

İş günü olmadığından Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi ilə əlaqə saxlamaq mümkün olmayıb.

Seymur Həzi "Azadlıq” qəzetinin siyasət şöbəsinin müdiri, "Azərbaycan saatı” verilişinin redaktoru və aparıcısı işləyib. O, 2014-cü ilin avqustun 30-da həbs edilib. Jurnalist xuliqanlıqda ittiham olunaraq Abşeron rayon Məhkəməsinin hökmü ilə 5 il azadlıqdan məhrum edilib./Meydan TV/

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300