ABŞ-da tarixi bir sürprizə imza atan Respublikaçılar Partiyasının namizədi Donald Tramp prezident kreslosuna əyləşməməsi ehtimalı var. Noyabrın 8-də ABŞ-da keçirilmiş prezident seçkilərinin nəticələri ləğv oluna bilər 
 
Uluyol.info cebhe.info-ya istinadən xəbər verir ki, belə bir sensassion iddia ilə ABŞ-da nüfuzlu "Newsweek” xəbər portalı çıxış edib. Mənbə qeyd edir ki, ABŞ-da xalq prezidenti birbaşa seçmir. Seçici səsini hansısa namizədə verir, bununla da seçici kollegiya üzvlərini də seçmiş olur. Hansısa ştatda qalib gələn namizəd həmin ştatın bütün kollegiya üzvlərinin səslərini də alır. 

Seçici kollegiyaya üzvləri noyabrın 8-də keçirilmiş seçkilərdə məlum olub. Həmin seçici kollegiyalar dekabrda seçkilərin növbəti mərhələsini keçirəcək. Prosedur qanunvericiliyə uyğun olsa, prezident seçilmək üçün lazım olan səs bariyerini keçən (270 səs) Donald Tramp prezident olacaq. Lakin seçici kollegiya üzvləri Demokratlar Partiyasının namizədi Hillari Klintona da səs verə bilərlər. ABŞ tarixində bu hal 157 dəfə baş verib. 1836-cı ildə Virciniya ştatının 23 seçici kollegiya üzvünün hamısı qalib gəlmiş namizədin əleyhinə səs verdi. Amma namizədlər arasında fərq böyük olduğuna görə, nəticə dəyişmədi.

Qeyri-rəsmi nəticəyə görə, Tramp 290, Klinton isə 228 seçici kollegiya üzvü qazanıb. Belə bir vəziyyətdə dekabrda Trampa səs verməsiylə seçilən 32 kollegiya üzvü vədini pozub Klintona səs versə, nəticələr dəyişəcək, Tramp ABŞ-ın prezidenti olmayacaq.

Kollegiya üzvləri fikirlərini dəyişə bilərlər

Seçkilərin rəsmi nəticəsi hələ açıqlanmayıb. KİV-lər "Associated Press” agentliyinin məlumatlarına istinad edərək, Donald Trampın 270 səs alaraq prezident seçildiyini bildirirlər. Halbuki bir çox ştatda namizədlər arasındakı fərq o qədər azdır ki, rəsmi nəticələrdə başqa bir rəqəm də ortaya çıxa bilər. Yaxud namizədlərdən hansısa etiraz edib nəticələr yenidən nəzərdən keçilsə, nəticə tamam başqa ola bilər. Məsələn, Miçiqan kimi 16 seçici kollegiya üzvü olan, Trampın yalnız 11 min səs fərqlə qazandığı hansısa ştatda kollegiya üzvləri fikirlərini dəyişsələr, bu nəticələrə də təsir edəcək.

2000-ci ildə Florida ştatında namizədlər arasında nəticəsi az fərqlə başa çatan seçkilərin təkrar keçirilməsinə məhkəmə icazə vermədi və respublikaçıların namizədi Corc Buş prezident seçildi. Həmin seçkidə olduğu kimi bu dəfə də Klinton bir çox ştatlar üzrə Trampa az fərqlə uduzdu. Məhkəmə həmin ştatların hansısa birində təkrar seçki təyin etsə, Tramp kürsüdən məhrum olacaq.

Professordan şok ittiham

Utax Universitetinin professoru Kristofer Levis nəticələrin Donald Trampın əleyhinə dəyişdirilməsi üçün kifayət qədər dəlillərin olduğunu bildirib. Levis qeyd edir ki, Tramp öz adını daşıyan universitetin tələbələrindən səs almaq üçün 40 milyon dollar xərcləyib. Digər yandan rəsmi və qeyri-rəsmi dairələrdən ona qarşı fırıldaqçılıq, təhdid və pulla səs almaq ittihamları var. Hüquq müdafiəçisi Petersona görə, ittihamlar hüquqi tərəfdən qiymətləndirilsə, Donald Tramp gələn ilin yanvarında prezident kreslosuna əyləşdikdən dərhal sonra vəzifəsindən uzaqlaşdırıla bilər.

"İndependent” qəzeti yeni başçıya qarşı irəli sürülən ittihamların kiçik sübutlar olduğunu və Konqresin qərarının burada əsas rol oynadığını bildirib. Konqres isə Trampın partiyası Respublikaçıların əlindədir.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300