Bu gün Bakı metrosunda ölüm hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə, metronun "Koroğlu" stansiyasının keçidində 45-50 yaşlı qadın qəfil yıxılıb. Yaxınlıqdakı şəxslər dərhal təcili tibbi yardım çağırıblar. Lakin artıq gec olub və qadın vəfat edib.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından sayta bildirilib ki, həkim briqadası hadisə yerinə çatdıqda həmin qadın artıq keçinibmiş. Onun ürək çatışmazlığından vəfat etdiyi ehtimal edilir.

Hadisə yerinə Nizami Rayon Prokurorluğunun əməkdaşları gəlib. Məlum olub ki, vəfat edən qadın 1966-cı ildə Gürcüstan Respublikasında anadan olmuş, Suraxanı rayon sakini olan Əhmədova Gülnarə Səməd qızıdır.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300