Təhsil Nazirliyinin qarşısında bir qrup müəllim aksiya keçirib. Onlar Sumqayıtda işlədikləri 11 saylı məktəbdən qanunsuz olaraq işdən çıxarılmalarına etiraz ediblər.

İşdən çıxarılan pedaqoji işçilərdən biri Təranə Nəsirova deyir ki, onlara deyiblər ki, 2009-cu ildən onların layihəsi başa çatıb:"Ancaq biz 2016-cı ilə qədər işləmişik. Bizə dedilər ki, 2005-ci ildə 3 nəfər, 2007-ci ildə 2
nəfər olmaq şərti ilə 5 nəfər layihəyə cəlb olunmalı idi. Lakin siz illər uzunu
qeyri-qanuni artırılmısınız”.

Müəllimə qeyd edib ki, 2016-cı ilin may ayından onlara "siz sentyabr ayından işçi hesab olunmayacaqsız” deyiblər: "Müqavilə müddətiniz 2016-cı ilin sentyabrında bitir”.

"Nazir müavini Eşqi Bağırov deyir ki, indiyə qədər siz qanunsuz işləmisiz, layihənin 2009-cu ildə icra müddəti bitib” – deyə müəllimə Aytən Mirzəyeva bildirib. O bildirib ki, elə müəllimlər var 1997-1999-cu ildə müddətsiz müqavilə ilə işə götürülüblər: "Amma 2011-ci ildə həmin layihəyə cəlb olunduq, indi də deyirlər ki, sizin layihə bitib. Bizə heç işdən azad olunmaqla bağlı əmrləri də verilmirlər. İşlədiyimiz məktəbdə əqli və fiziki məhdudiyyətli 56 şagird təhsil alır. Uşaqlar hazırda müəllim köməkçisi olmadan təhsillərinə davam edirlər”.

Müəllimlərin etirazı ərəfəsində əraziyə polislər gəldi. Sonra Təhsil Nazirliyinin əməkdaşları pedaqoji işçiləri qəbul otağına yönəltdilər.Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov mətbuatın iştirakı
olmadan şikayətçilərin qəbul olunacağını bildirib. O, jurnalistlərə açıqlama verməkdən imtina edib.

Müəllimləri nazirliyin məsul şəxsi Eşqi Bağırov qəbul edib. O bildirib ki, Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkili üzrə İnkişaf Proqramı 2005-2009-cu illəri əhatə edib. Hazırda proqramın müddəti
bitib. Buna görə də pedaqoji içilər işsiz qalıb. Eşqi Bağırov müəllim köməkçilərini müvəqqəti işlə təmin edəcəklərini deyib, – Abzas.net məlumat verir. 

 20161111_103127


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300