Lerik rayonunda dəhşətli hadisə qeydə alınıb. Dosye.az-a daxil olan məlumatda bildirilir ki, uşaq baxçasında Xədicə Əzizova adlı azyaşlı misli görünməyən işgəncəyə məruz qalıb.

Belə ki, baxçada nadanlığı ilə seçilən Xədicə gözlənilmədən müəllimin qəzəbinə tuş gəlib. Məlumat verən mənbə vurğulayır ki, Xədicənin qulağı müəlliməsi tərəfindən kəsilib. Vəziyyətin gərginliyini görən "cəllad” müəllimə uşağı dərhal xəstəxanaya çatdırıb. İlkin muainədən sonra uşaq evə buraxılıb.

Məsələ ilə bağlı dərhal Xədicə Əzizovanın valideyinləri ilə əlaqə yaratdıq. Araşdırmalardan sonra məlum oldu ki, xəstəxanada uşağın valideyini Əzizov Kamal Nayib oğlu hədələnib. Ona bildirilib ki, bu məsələ ilə bağlı heç bir yerə şikayət edilməməlidir. Çünki, "cəllad” müəllimə Rövşən Bağırovun köməkçisinin baçısıdır. Bir şərtlə ki, onu adı hallanmamalıdır.

Dosye.az olaraq bildirmək istəyirik ki, azyaşlı Xədicə Əzizova misli görünməyən vəhşiliyə məruz qalıb. Məsələ ilə bağlı birbaşa Daxili İşlər Naziri cənab Ramil Usubova rəsmi məktub ünvanlanacaq.

Qarşı tərəfi dinləməyə hazırıq.

 

Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300