Nyu-Yorkdan Kaliforniyaya qədər Amerika boyu on minlərlə insan üçüncü gündür anti-Tramp yürüşlərinə qatılır.

Porland, Oreqon, Çikaqo, Nyu-York və digər bölgələrdə nümayişçilər ABŞ-ın 45-ci prezidenti seçkilərinin ləğvini tələb edir.

Dünən gecə Donald Tramp Twitter səhifəsində seçkilərin şəffaf və ədalətli olduğunu, medanın təhriki ilə professional etirazçıların nümayiş keçirməsini ədalətsizlik kimi qiymətləndirib.

Portlandda gecə boyu minlərlə insan şəhərdə nümayiş keçirib. Əllərində beysboll dəyənəkləri ilə nümayişçilər pəncərələri sındırıb, təkərlər yandırıb. Oreqonun Nəqliyyat Nazirliyi fasilələrlə maqistral yolları bağlayıb, – "Amerikanın səsi” məlumat verir.

Denver, Boulder və Kolorado Springsdə nümayişlər dinc keçirilib.

Minneapolisdə maqistral yollar nümayişçilər tərəfindən tutulub.

Filadelfiyada "Bizim prezident deyi”,”Amerikanı hamı üçün təhlükəsiz et” kimi şüarlar səsləndirilib.

Kentukkinin Luisvill və Merilendin Baltimor şəhərlərində yüzlərlə insan etiraz aksiyalarında iştirak edib.

San Fransiskoda afro-amerikalılar və ispandilli tələbələr yürüş keçirib.

Etirazçıların çoxu anti-mühacirət siyasətinə görə Tramp administrasiyasından qorxduğunu deyir.

Trampın seçkiqabağı kampaniyaları zamanı söylədikləri onu irqçi, seksist və ksenofob kimi qələmə verib.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300