Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-ın 45-ci prezidenti seçilən Donald Trampla telefon danışığının təfərrüatları ortaya çıxır.

Avropa.info xəbər verir ki, dünən ABŞ-da prezident seçkilərindən qələbə ilə çıxan Tramp və Ərdoğan arasında keçirilən telefon danışığı zamanı Ərdoğanın Trampı təbrik etdiyi bildirilir.
Əldə olunan məlumata görə Tramp Ərdoğanla danışığı zamanı  "Sizə həqiqətən çox böyük hörmətim var. Ölkəniz üçün çox yaxşı şeylər etdiniz” deyə sözə başlayıb. O daha sonra qızını nəzərdə tutaraq "İvanka yanımdadır, sizinlə əlaqəni də o qurub. O sizin çox böyük tərəfdarınızdır” deyə bildirib.

Ərdoğanla Tramp arasında baş tutmuş telefon danışığının son dərəcə müsbət keçdiyini bildirən mənbələr Ərdoğanın İŞİD, Fəthullah Gülən, PYD və Mosul ilə bağlı Türkiyənin narahatlığını bildirdiyini açıqlayıb.

Mövzuların təfərrüata girmədən müzakirə olunduğunu vurğulayan mənbələr Trampın "Vəziyyətinizi anlayıram, çətinliklərinizi anlayıram. Məsələ ilə bağlı bir nəticə əldə edib birlikdə çalışmağımız lazımdır” dediyini bildirib.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300