Gülən camaatının Almaniyadakı üzvlərindən olan və təşkilatın Almaniyadakı qolunda mühüm vəzifə sahibi olan bir nəfər mətbuata anonim açıqlama verib.

Avropa.info xəbər verir ki, Almaniyada yaşayan Gülən camaatı üzvlərinin böyük bir qorxu içində həyatlarına davam etməyə çalışdığını vurğulayan etirafçı 15 iyul çevriliş cəhdindən əvvəl Fətullah Gülənin bütün təşkilat üzvlərinə "Bu yay Türkiyə qarışacaq. Əsla Türkiyəyə getməyin”  deyə təlimat verdiyini söyləyib.

Uzun illər FETÖ-nün Almaniyadakı təşkilatlarında çalışan etirafçı daha sonra sözlərinə belə davam edib:

"15 iyul çevriliş cəhdindən əvvəlki Ramazan ayı boyunca iftar proqramları təşkil edirdik. Bu iftar proqramlarında yüksək səviyyəli "abi”lər və "abla”lar hər kəsə Fətullah Gülənin təlimatı olaraq "Gələn il Türkcə Olimpiadalarının Türkiyədə keçirilməsinə hazır olun” deyirdi.”
Yaşadığı Şimali Reyn – Vestfaliya əyalətində məktəb tətillərində və yay dövründən əvvəl FETÖ lideri Fətullah Gülənin bir başqa mesajının da insanlara göndərildiyini deyən etirafçı bu təlimatdan sonra təşkilat daxilində xüsusilə əhəmiyyətli vəzifələrdə olan heç kimin Türkiyəyə getmədiyini deyib.

FETÖ-dən 17 -25 dekabr hadisələrindən sonra soyuduğunu, lakin peşəsinin tələbinə uyğun olaraq səbir edərək 15 iyula qədər Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətindəki bir təşkilatda çalışdığını söyləyən etirafçı təşkilatın yüksək səviyyəli "abi” və "abla”lardan hələ xəbərlər aldığını bildirib.

"Aldığım məlumatlara görə "abi” və "abla”lar çox ciddi narahatlıq və qorxu içindədirlər. Türkiyənin və prezidentimiz Rəcəb Tayyib Ərdoğanın bu təşkilata qarşı apardığı mübarizə qətiliklə yerində və doğru bir qərardır. Ümid edirəm ki, Almaniya da bu təşkilata qarşı mübarizə başlayar. Bəzi şəxslər Türkiyədəki evlərindən, iş yerlərindən və əmlaklarından narahatdır. "Bizi tamamilə bitirdilər” deyilir”.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300