Yeni seçilmiş ABŞ prezidenti Donald Trampın təhlükəsizlik və kəşfiyyat məsələləri üzrə baş məsləhətçisi general leytenant Mayll Flaynn siyasi analiz saytı olan The Hill saytında "Müttəfiqimiz Türkiyə bir böhranın içindədir və dəstəyimizə ehtiyacı var” adlı məqalə yazıb.
Qeyd edək ki, Maykll Flaynın Tramp hökumətində müdafiə naziri olması ehtimalı var. Yazıda Barak Obamanı Türkiyəni lazımi qədər anlamamaqda ittiham edən müəllif "Türkiyəni bir prioritet olaraq qbul edərək xarici siyasətimizin yenidən təşkil etməliyik” fikrini qeyd edib.
Müəllif bildirib ki, öncəliklə Türkiyənin ABŞ çıxarları baxımından həyati bir ölkə olduğunu anlamaqla işə başlamalıyıq. "Türkiyə İraqda və Suriyada İŞİD-ə qarşı mübarizədə bizim ən güclü müttəfiqimizdir”. Müəllif Türkiyə ilə ABŞ arasında böhrana səbəb olan Fətullah Gülən məsələsinə də toxunub. Bildirib ki, Fətullah Gülənə ABŞ sığınacaq verməməlidir. "11 sentyabr hadisələrindən sonra Usama Ben Laden ABŞ üçün kimdirsə, 15 iyul hadisələrindən sonra da Fətullah Gülən də Türkiyə üçün odur”. "Vaşinqton Türkiyənin Usama Ben Ladeninə sığınacaq olmamalıdır” deyə müəllif bildirib.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300