Pakistan rəsmiləri bildirir ki, çərşənbə günü National Geographic jurnalının üz qabığında yer aldığı üçün tanınan əfqan qadın vətəninə deportasiya edilib.

"Yaşıl-gözlü” qız kimi tanınan Şərbət Qula dörd övladı ilə birlikdə sərhədi çərşənbə günü Hepatit C xəstəliyi ilə bağlı müalicə olunduğu xəstəxanadan buraxılandan sonra keçib.

Kabilə enər-enməz Qula və ailəsini Əfqanıstan prezidenti Əşrəf Qani qarşılayıb və hökümətin Qulanı "vətənində layəqati ilə təhlükəsiz bir şəkildə” yaşaya biləcəyi mebelli mənzillə təmin edəcəyini bildirib.

"Mənim yanımda dayanan bu qadın Əfqanıstandakı yoxsulluğu, əfqan ümidləri və arzularını təmsil edən ikonik fiqura çevrilib. Uşaq ikən o, qaçqınlıq simvolu olaraq milyonlarla insanın qəlbinə daxil olub"-deyə prezident bildirib.

Qula oktyabr ayında Pakistanda saxta sənədlərlə yaşadığı ittihamı ilə həbs edilmişdi.

1984-cü ildə Natonal Geographic jurnalının üz qabığında yer alandan sonra Qula illər boyu adsız bir fiqur olaraq qalmışdı. O, 1980-ci illərdə Sovet ilhaqı və onlara qarşı müqavimət göstərən ABŞ-ın dəstəklədiyi mücahiddin qiyamı nəticəsində Əfqanıstanda yaranan iztirabın simvoluna çevrilmişdi.(Amerikanınsesi)


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300