Son vaxtlar ailə daxili gərginlikləri, məişət müstəvisində baş verən zorakılıq və cinayət hallarını ifrat dərəcədə artmaqdadır. Az qala hər gün ölkənin paytaxt və bölgələrində ərin arvadının başını kəsməsi, öldürüb və ya ağır xəsarət yetirməsi ilə bağlı xəbərlər alırıq. 

Araşdırmalardan məlum olur ki, bu cür olayların əksəriyyəti ayrılmış cütlüklər, boşanmış tərəflər arasında baş verir. Ər boşandığı arvadını hələ də qısqandığından və yaxud başqası ilə münasibətdə olmasını həzm edə bilmədiyi üçün ona qarşı aqressiv davranır, ağır xəsarətlər yetirir və ya amansızcasına öldürür. Bu da danılmaz faktdır ki, Azərbaycan cəmiyyətində çox az sayda cütlüklər var ki, boşandıqdan sonra normal, dostluq münasibətlərində olur. İnkişaf etmiş xarici ölkələrin təcrübəsində əksərən tərəflər ailəni davam edə bilməyəcəklərini müəyyənləşdirdikdə qarşılıqlı razılaşma əsasında boşanır və bundan sonra dost münasibətində qala bilir, övladlarının böyüyü başa çatmasında birgə çalışırlar. 

Cəmiyyətimizdə isə bəzən əsl problemlər elə boşandıqdan sonra yaranmağa başlayır. 
Bəs görəsən niyə boşanan insanlar dost münasibətində qala bilmir? Səbəb mühafizəkarlıq və yaxud liberal dəyərlərin olmamasıdır?

"Psixologiya və Konsultasiya Mərkəzi”nin rəhbəri, psixoloq Elnur Rüstəmov mövzuya bu cür aydınlıq gətirdi: "Azərbaycan cəmiyyəti yavaş-yavaş bu məsələyə hazır olacaq. Çünki görünən budur ki, qloballaşan bir dünyada yaşayırıq və burda hər hansı bir dəyərin tam şəkildə qorunub saxlanması üçün biz özümüzü bir çox şeylərdən təcrid etməliyik, bu isə mümkün deyil. Və nəticədə istər dəyər sistemimiz, istər ailə dəyəri, böyük-kiçik münasibətləri və yaxud da insanlara inam məsələsində görürük ki, çox böyük böhran dövrünü keçiririk. Bu proses də insanlarımızın psixologiyasına təsir göstərir. Dünənə qədər bir problem olanda ağsaqqal gəlib nəsə söz deyirdi, hər kəs onun arxasınca gedirdi. Amma bu gün həm böyüklərə, həm də kiçiklərə qarşı bir inamsızlıq yaranıb, ailələrdə də tərəflər arasındakı inamsızlıq kimi neqativ hallara rast gəlirik. Əlbəttə insani münasibətlər ailə daxili münasibətlərə təsir göstərir. Bu gün Azərbaycan cəmiyyətində qeyd etdiyimiz istiqamətdə problem ondan ibarətdir ki, tərəflərə ayrılma prosesində müəyyən bir mənəvi psixoloji dəstək göstərilmir. Hətta şahidi oluruq ki, məhkəmə proseslərinə tərəflərdən kimsə gəlmir. Ayrılma prosesində belə bir məqam var. Gərəkdir ki, emosional da bir-birlərindən ayrılma baş versin. Nə olsun ki, onlar boşanıblar, amma bir-birilərini sosial şəbəkədən izləyir və yaxud bir-birləri haqqında xəbər alırlar. Yəni, bu kağız üzərindən ayrılma olur, tərəflər arasında bir-birilərinə qarşı yenə də hansısa hisslər qalıb. Ayrılıblar yenə də bir-birilərinin həyatlarına müdaxilə edir, iş-gücü ilə maraqlanır. Bu cür hallar da nəticə olaraq tərəflər arasında xoşagəlməz olaylara, məişət müstəvisində zorakılıqlara gətirib çıxarır və bu da təqdir olunmur. Yaxşı olardı ki, boşanma prosesində tərəflər psixoloji dəstək alsınlar müəyyən reabilitasiyadan keçsinlər. Belə olan təqdirdə görürük ki, tərəflər normal şəkildə ayrılır, konkret müəyyən edilmiş vaxtda uşaqlarını görə bilirlər, tərəflərdən hər ikisi sonra ailə qura bilir. Burada qadın və kişi psixologiyası var. 

Etiraf edək ki, bu gün Azərbaycanda çoxlu sayda təkrar ailə quran tərəflər var. Bu gün təkrar ailə quran cütlüklər var ki, birinci nikah uğursuz olsa da, ikinci nikah uğurla alınır. Amma bir çox hallarda görürük ki, bu çox böyük psixoloji təsir ilə müşayiət olunur. Çox şahid oluruq ki, tərəflər öz maraqlarına görə uşaqlarını qurban verirlər, bu, yol verilməzdir. Ata-ananı məsələyə qatmaq olmaz. Uşaq bu zaman iki tərəf arasında qalır. Bununla bağlı kifayət qədər misal gətirə bilərəm. Məsələn, ata-ana boşanıb, uşaq anada qalıb. Uşağın adı isə ata babasının adıdır. Ana tez-tez uşağa onun ata və babası haqqında xoş olmayan ifadələr  deyir. Nəticədə uşaq ad daşıdığına görə mənəvi bir zərbə alır. Bu cür konfliktlərə uşaqları qatmaq lazımdır. Boşanmadan sonra uşaqlar və tərəflər psixoloji dəstək almalıdır. Bu da ümumən ailə məişət zəminində cinayət hallarınn azalmasına gətirib çıxaracaq”.
 
Xalidə Gəray, musavat.com 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300