Aqil Camal: "Əminik ki, qısa zamanda, Azərbaycan informasiya məkanında öncül yerimizi tutacağıq”

Bu gündən Azərbaycanda yeni xəbər portalı - Turkustan.info saytı fəaliyyətə başlayıb. Bu barədə açıqlama verən layihənin rəhbəri Aqil Camal bildirib ki, əsasən Azərbaycan mərkəzli olacaq sayt, bölgəmizdə və dünyada baş verən hadisələri də operativ şəkildə oxucuya çatdırmaq missiyasını həyata keçirəcək:

"Ölkəmizin önəmli hadisələrini dünyaya duyurmaq üçün səhifəmizdə Azərbaycan türkcəsindən başqa, daha 4 dildə - Türkiyə türkcəsi, ingilis, rus və fars dilində də xəbərlər yayımlanacaq. Fəaliyyətimizdə medianın tərəfsizliyi, obyektivliyi prinsiplərini əsas götürəcəyimizi, milli və dövlət maraqlarını öndə tutaraq bütün ictimai-siyasi təşkilatlarla, dövlət qurumları, diplomatik korpus və cəmiyyətin bütün təbəqələri ilə sıx əməkdaşıq içərisində çalışacağımızı bildiririk. Bu sırada, xüsusilə, mediadakı dostlarımızın dəstəyinə ümid edirik. 

Peşəkar dostlarımızla verdiyimiz birgə qərar, əminəm ki, öz müsbət nəticəsini göstərəcək. Qısa zamanda, Azərbaycan informasiya məkanında öncül yerimizi tutacağıq”.

A.Camal onu da qeyd edib ki, Turkustan.info "Türküstan” qəzetinin adı ilə eyni olsa da, tamamilə müstəqil beynəlxalq informasiya portalıdır.(teleqraf.az)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300