Tanınmış jurnalist, Gündemxeber.com saytının redaktoru Zabil Müqabiloğlunun vəziyyəti ağırdır

Bu gün Razim Əmiraslanlı, Dadaş Əhmədli və Xuraman Bağırova ilə birgə 1 saylı Şəhər Kliniki Xəstəxanasında (Semaşko) olan həmkarımızı ziyarət etdik. Zabil Müqabiloğlu bütün dostlara salam dedi, onun vəziyyətinə görə narahat olanlara təşəkkürünü bildirdi.Həkimlər daxili qanaxmanı dayandıra biliblər. 

Lakin qanaxmanın yenidən baş verməyəcəyinə təminat yoxdu. Həkimlər bildirib ki, ilkin olaraq qanaxma verən damarlarda əməliyyat aparılmalıdır. Amma bundan sonra qara ciyərin transplantasiyasına ehtiyac var. Zabil Müqabiloğlunu qara ciyər donoru və bahalı cərrahiyyə əməliyyatı vasitəsilə xilas etmək mümkündü.  

Lakin bütün həyatını mətbuata həsr edən və vicdanlı jurnalist olan Zabil Müqabiloğlunun bu müalicəni almağa maddi imkanı yoxdur. Qeyd edək ki, Zabil Müqabiloğlu "525-ci qəzet”, "Yeni Müsavat”, "Demokrat” və digər qəzetlərdə redaktor olub, Mətbuat Şurasının üzvüdür. Azərbaycanın Avropa Şurasında akreditasiyadan keçmiş jurnalistlərindən biridir.

Ümid edirik ki, əlaqədar qurumlar həmkarımızın həyatının xilas olması üçün mümkün olan addımları atacaqlar. 

Mustafa Hacıbəyli, bastainfo.com

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300