Ermənistanda işğal etdikləri əraziləri Rusiyanın təzyiqi ilə Azərbaycana qaytarmağa məcbur ediləcəyi qorxusu yenidən qayıdıb.

Publika.az xəbər verir ki, bu barədə Londonda fəaliyyət göstərən "Janes İntelligence” analitik mərkəzi yazıb.

Mərkəz Sergey Lavrovun noyabrda İrəvana səfirindən sonra yeni "dünya proqramı” tezislərini hazırladığını qeyd edib.

"Lavrovun "dünya proqramı”na Dağlıq Qarabağ münaqişəsinin həlli də daxildir. İndi Türkiyə-Rusiya qarşıdurmasından sonra vəziyyət tamamilə dəyişib. Bu baxımdan, Rusiyanın "dünya proqramı”na sahib olduğunu dəqiq demək çətindir. Lakin o dəqiqdir ki, Rusiyada böyük problemlər yaranıb və o, artıq Ermənistana yardım etmək istəmir. Digər tərəfdən, Moskva əvvəlki kimi erməni əhalisinə təsir edə bilmir. Bu baxımdan, Kremlin həm regiondakı mənzərəni dəyişdirmək, həm də Ermənistanı cəzalandırmaq üçün yeni saziş irəli sürə biləcəyi istisna deyil. Bu sazişdə Azərbaycan udur, Ermənistan isə uduzur”, - deyə mərkəz bildirir.

"Janes İntelligence” şəxsi mənbələrə söykənərək yazır ki, Rusiya Ermənistan ordusunun təmas xəttindən geri çəkilməsini tələb edir. Lakin mərkəz bu tələbin indi, yaxud bundan qabaq edildiyini yazmır: "Bu tələb olub. Ermənistan isə razılaşmayıb. Kremlə görə bu İrəvanın mərkəzdənqaçma oyunudur və o, bunu qəbul etmək fikrində deyil”.

Mərkəz onu da yazır ki, Azərbaycan daha əvvəlki kimi danışıqlar yolunu tutmaq istəmir: "Rəsmi Bakının səbri həqiqətən də daralıb. Bu isə münaqişə ocağında yeni müharibənin başlanma ehtimalını artırır. Hesab etmək olar ki, qarşıda böyük toqquşmalar ola bilər. ATƏT-in Minsk qrupunun həmsədrləri də artıq hər şeyin sona çatdığını düşünür. Onlar yeni müharibənin başlamasından çox qorxurlar. Amma bunu artıq real hesab etmək olar. Belə vəziyyət Azərbaycan və Ermənistana təzyiq etmək istəyən Rusiyanın xeyrinədir. Yeni müharibə ən çox Ermənistanın zərərinədir. İrəvanın indiki taktikası da artıq işləmir. Hazırda Ermənistan iqtidarı yeni konstitusiya dəyişikliyi ilə öz hakimiyyətlərinin ömrünü uzadır. Bu dəyişiklik indiki oliqarxların əl-qolunu daha da açacaq və bu, xalqı iqtidardan uzaqlaşdıracaq. Bu da yeni Qarabağ müharibəsində onların məğlubiyyətinin əsasını qoyur”.

Asif Nərimanlı

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300