Erməni publisisti, Mühacir Yazıçılar Birliyinin həmtəsisçisi Vahe Avetyan növbəti dəfə Bakıya gəlib. 

Bu İsveçdə yaşayan siyasi mühacir və Sərkisyan rejiminin tənqidçisi olan V.Avetyanın Bakıya ilk səfəri deyil. Daha öncə erməni publisist Bakıya gəlsə də vizası olmadığı üçün buraxılmamışdı. O isə mətbuata müsahibəsində Xocalı qurbanlarının abidəsinə gül qoymaq arzusunun olduğunu da bildirmişdi. Avetyan ikinci cəhdində ölkəyə girişə nail ola bilib. Ona bir neçə günlük Bakı şəhərində qonaq olmağa icazə verilib. Hazırda erməni hüquq müdafiəçisi Bakı şəhərindədir və paytaxtın görməli yerləri ilə tanış olur. Avetyan Xocalı soyqırımına görə Azərbaycandan üzr istəyən ilk ermənilərdəndir. 

Maraqlıdır , bəs görəsən bu hadisəyə  Azərbaycan xalqının münasibəti necədir? Onlar İsveç vətəndaşı olan erməni publisisti Bakı küçələrində görsələr, reaksiyaları necə olacaq? 

Musavat.com olaraq bu suala cavab tapmaq üçün, eyni sualla paytaxt sakinləri arasında sorğu keçirdik. 

Cavablar isə birmənalı olmadı. Belə ki, sorğu iştirakçıları olan gənclər bunu normal qəbul edəcəklərini bildirsələr də, yaşlı insanlar bir erməninin ayağının Bakıya dəyməsini qəbul etmədiklərini qeyd etdilər. 

Daha ətraflı təqdim etdiyimiz videosorğudan izləyə biləriniz.

Məğrur Mərd, musavat.com

 
 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300