Mosulun Başika qəsəbəsində İraqın Peşmərgə qüvvələriylə özünü İslam Dövləti (İD) adlandıran qrupun döyüşçüləri arasında döyüşlərin başlandığı bildirilir.

Yüzlərcə Peşmərgə qüvvələrinin top atəşləriylə və ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələrinin səhər saatlarından başlayaraq Başikaya üç istiqamətdən hücuma keçdikləri açıqlanıb.

İraq ordusu günortadan sonra Peşmərgə qüvvələrinin Başikanın yarısını ələ kecirdiklərini bəyan edib.

Başikanın Mosul əməliyyatı istiqamətində aparılan əməliyyatlar çərçivəsində 2 həftə əvvəldən mühasirəyə alınıb.

Altı gün əvvəl Mosulun kənar məhəllələrinə daxil olan İraq Ordusunun xüsusi qüvvələri bəzi bölgələri ələ keçirib.

Lakin içində bomba olan avtomobillər vasitəsilə edilən sui-qəsdlər, tələ planları və ev-ev baş verən döyüşlər səbəbilə irəli getmək planları zəifləyib.

Peşmərgənin Başikada hücumları davam edərkən Rudaw Xəbər Agentliyinin müxbiri İD döyüşçülərinin məhdud müqavimət göstərdiyini deyib.

Ağ Evin İD qrupuna qarşı koalisiyadakı özəl nümayəndəsi olan Brett MCGurk dünən axşam verdiyi açıqlamada üç həftədir davam edən hücumların "böyük ölçüdə planlaşdırıldığı kimi getdiyini” söyləyib.

Başika
McGurk deyib ki, "Mosulda hər baxımdan hər şey yolunda gedir. Daeş gözlədiyimiz kimi gərgin bir dirəniş göstərir və bu əməliyyatın başa çatmasının zaman alacağını gözləyirəm”.

McGurk Raqqa istiqamətində başladılan əməliyyatın mərhələlərlə davam edəcəyini vurğulayıb.

"Bu gün başlayan təcrid mərhələsi var və İD-i Raqqadan kənarlaşdırmaq üçün növbəti mərhələlər də olacaq” , McGurk əlavə edib.

(bbc azəri)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300