Bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.  

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı görülən işlər və qərarların icrası ilə bağlı məlumat verib.

Müsavat Partiyası başqanının müavini Yadigar Sadıqov "Nərgiz Yaqublu adına” mükafat komissiyasının toplantısı barədə danışıb. Bildirib ki, mükafata namizədlər irəli sürülüb, mükafatın müəyyən edilməsi ilə bağlı müzakirələr başlanılıb. 

Müsavat Partiyası başqanının müavini Səxavət Soltanlı vəkil Elton Quliyevin xatirəsinə həsr olunan futbol turnirində Müsavatçı Gənclər Təşkilatının uğurlu iştirakı barədə məlumat verib. Divan turnirin təşkilatçılarına və turnirdə qalib olan müsavatçı gənclərə təşəkkürünü bildirib. Qərara alınıb ki, qalib furbolçularla noyabrın 11-də partiya rəhbərliyinin görüşü təşkil olunsun. 

Müsavat başqanı Arif Hacılı partiya Məclisinin növbəti iclasının keçirilməsi məsələsini müzakirəyə çıxarıb. Divan Məclis toplantısının noyabrın 19-da saat 11-də çağırılması barədə qərar qəbul edib. 

Divan dünyasını dəyişmiş Məclis üzvü Könül Mirzəyevanın xatirəsi ilə bağlı noyabrın 17-də saat 15.00-da anım tədbiri keçirilməsini qərara alıb. 

Divan Gəncədə H.Əliyev adına parkda şüar yazan "NİDA” Vətəndaş Hərəkatının üzvləri – Elmir Təhmin və Tapdıq Məmmədovun həbsini pisləyərək, bunu ifadə azadlığına qarşı növbəti repressiya aktı kimi qiymətləndirib.

Divanda ölkə və dünyada gedən ictimai-siyasi proseslər, xüsusən ABŞ-da keçirilən Prezident seçkiləri geniş müzakirə olunub. Türkiyədə "Cümhuriyyət”qəzetinə qarşı basqılar, jurnalistlərin həbsi, internet imkanlarının məhdudlaşdırılması qardaş ölkənin demokratik imicinə və beynəlxalq nüfuzuna mənfi təsir kimi dəyərləndirilib.


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300