Daxili İşlər Nazirliyi (DİN) son günlər bəzi kütləvi informasiya vasitələrində (KİV) vəkil Fariz Namazlıya qarşı təzyiqlərin olması, təxribatların törədilməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib. 

DİN-in Mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə APA-nın sorğusuna cavab olaraq bildirib ki, F. Namazlıya təzyiqlər olunmasına və ona qarşı təxribat törədilməsinə dair xüsusatlar Bakı Şəhər Baş Polis İdarəsində araşdırılıb. 

O əlavə edib ki, araşdırmalarla Xəzər rayonundakı Xaşa-Xuna bağ massivində yaşayan Xətai Şahverdiyevanın 20.10.2016-cı il tarixdə saat 19:00 radələrində "kəllə beyin travması" diaqnozu ilə 8 saylı Təcili Tibbi Yardım Stansiyasına müraciət etməsi barədə Yasamal RPİ 28-ci PB-yə məlumatın daxil olduğu müəyyən edilib: "Bundan əlavə, Xətai Şahverdiyeva 28-ci PB-yə ərizə ilə müraciət edərək həmin gün saat 15.30 radələrində Bakı Apellyasiya Məhkəməsində vəkil Fazil Namazlı tərəfindən döyüldüyünü göstərib. Oktyabrın 21-də Bakı Apellyasiya məhkəməsinin icra şöbəsindən 28-ci Polis Bölməsinə 20. 10. 2016-cı il tarixdə keçirilən prosesdə zərərçəkmişin qohumlarının təqsirləndirilən şəxsin vəkili Fariz Namazlıya hücum edərək sonuncunu təhqir etdikləri, eləcə də tribunanı zədələdikləri bildirilib. Araşdırma zamanı məhkəmə zalında qeydə alınmış görüntülərə baxış keçirilərkən vəkil Fariz Namazlının Xətai Şahverdiyevanı döyməsi öz təsdiqini tapmayıb, əksinə sonuncu şəxsin və onun ailə üzvlərinin məhkəmə zalında yuxarıda göstərilən qanunsuz hərəkətlərə yol verdikləri müəyyən olunub”. 

DİN rəsmisi təhqiqat zamanı X. Şahverdiyevanın məhkəmə-tibbi ekspertizasından keçirildiyini, bu zaman onun bədənində yüngül dərəcəli xəsarətlər aşkar olunduğunu da qeyd edib: "Fariz Namazlı da 28-ci PB-yə dəvət olunaraq izahatı alınıb. O, izahatında Xətai Şahverdiyevaya qarşı qanunsuz hərəkətlərə yol vermədiyini bildirib. Vəkil münaqişə zamanı heç bir xəsarət almadığını əsas gətirərək müvafiq ekspertizadan keçməkdən imtina edib. Artıq sözügedən məsələ ilə bağlı toplanmış material hüquqi qiymət verilməsi üçün Yasamal RPİ-nin İstintaq şöbəsinə göndərilib”.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300