Noyabrın 8-də ABŞ-da tək prezident seçilməyəcək, həm də 9 ştatın sakinləri marixuananın leqallaşdırılıb-leqallaşdırılmaması ilə bağlı səs verəcəklər.
 
APA-nın "RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Arizona, Kaliforniya, Men, Massaçusets və Nevada ştatının sakinləri narkotik vasitə olan marixuananın əyləncə məqsədi ilə satışına icazə verilib-verilməməsinə münasibət bildirəcəklər. 
 
Florida, Arkanzas və Şimali Dakota ştatının sakinləri marixuananın tibbi göstərişlər əsasında satışına icazə verilib-verilməməsi barədə qərar verməlidirlər. Montana ştatının sakinləri isə tibbi göstərişlə satışını nəzərdə tutan qanunun əhatə dairəsinin genişləndirilib-genişləndirilməməsinə münasibətlərini bildirməlidirlər.
 
Hazırda ABŞ-ın 19 ştatında, o cümlədən paytaxt Vaşinqtonda marixuananın tibbi göstəriş əsasında satışı leqallaşdırılıb. Tibbi göstəriş əsasında marixuana almalarına icazə verilən xəstələrin əhatə dairəsi də ştatlardan asılı olaraq dəyişir. Bu xəstələr arasında xərçəng xəstəliyinin müxtəlif növlərindən, epilepsiyadan, dağınıq sklerozdan əziyyət çəkənlər var.
 
Vaşinqton, Oreqon, Kolorado və Alyaska ştatlarında isə  marixuananın əyləncə məqsədi ilə istifadəsi də mümkündür. 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300