Tanınmış politoloq: "Bütün daşlar yerinə oturdulacaq və Abadi kimilərin boş-boşuna bəyanatlar verməsi havadan asılı qalacaq”

Türkiyə ilə İraq arasında gərginlik davam edir. İraq baş naziri Heydər Abadinin "Bağdad Ankara ilə müharibəyə hazırdır, Türkiyənin İraqa hər hansı bir hücumu öz çöküşü ilə nəticələnəcək” bəyanatı isə gərginliyi bugünlərdə daha da artırıb. 

Bu bəyanat verilən eyni andan etibarən, Türkiyə ordusu İraqla sərhədə xeyli zirehli texnika və canlı qüvvə yığmağa başlayıb. Türkiyə rəsmi şəkildə qoşun birləşmələrinin İraq ərazisində əməliyyata hazırlandığını inkar etmir. Bildirilir ki, Başikadakı türk hərbi bazasına olası hər hansı bir təhlükə zamanı Türkiyə ordusu ildırım sürətiylə İraq ərazisinə daxil olacaq.

Картинки по запросу Türkiyə-İrak

Qeyd edək ki, İraqda çoxlu sayda dövlətin ordusu var, xarici KİV-in yazdığına görə, ölkə İranın təlimatları ilə idarə olunur, dövlətin bir hissəsi isə İŞİD tərəfindən ələ keçirilib. Bundan başqa, Türkiyəni təhdid edən PKK-nın ən böyük sığınacaqları və silah anbarları Şimali İraq ərazisində yerləşir. Lakin bütün bunlara səsini çıxarmayan İbadi hökuməti Türkiyənin öz ərazisini, İraqdakı türkmənləri və  sünni əhalini İranla İbadi hökumətinin dəstəklədiyi Haşdi Şəbi qruplaşmasından qorumaq istəyinə qarşı çıxır.

Yaranmış vəziyyəti şərh edən politoloq Qabil Hüseynli bildirdi ki, İraq hökumətinin başçısının Türkiyəyə qarşı sərt bəyanatlarına rəğmən, Türkiyə-İraq müharibəsinin başlanacağı gözlənilmir: "İraq baş nazirini bu cür danışmağa vadar edən müəyyən beynəlxalq güclər var. 

Картинки по запросу Qabil Hüseynli

Abadi özü heç İraq vətəndaşı deyil, Britaniya vətəndaşıdır. Onu gətirib baş nazir qoyublar. İndi isə bölgədə sabitlik yaratmaq istəyən, bölgənin super gücü olan Türkiyənin bölgəni sabitliyə qovuşdurmaq cəhdlərinə qarşı çıxır. Abadinin baş naziri olduğu İraqın 42 min nəfərlik qoşunu İŞİD-in başını azacıq göstərməyi ilə Mosulu İŞİD-ə bir güllə atmadan təhvil verdi. İndi də Mosulu İŞİD-dən almaq imkanında deyil. Abadi unudur ki, uzun müddətdir ərazisinin bir hissəsində Şimal İraq kürdləri faktiki müstəqil  dövlət elan edib ona tabe olmur, bir hissəsini İŞİD ələ keçirib, neftlə zəngin ərazilərin hamısı Bağdadın əlindən çıxıb. Belə bir acınacaqlı durumda olan və İranın təsiri altına düşən, İran tərəfindən yönləndirilən İraq dövləti əlbəttə ki, İraqın öz strateji maraqlarından çıxış eləmir. İranın Suriyada da, İraqda da güclü təsiri var. İran və Rusiya birlikdə həm İraqı, həm Suriyanı nəzarət altına alıb Aralıq dənizinə böyük çıxış yolu təmin etmək planına malikdirlər. 

Bu planın reallaşdırılmasında da çox təəssüf olsun ki, demək olar müstəqilliyini itirmiş İraq və Suriya yaxından rol oynayır. 

Картинки по запросу İrak ve suriye

İraqın və Suriyanın ərazisində müxtəlif dövlətlərin qoşunları yerləşdirilib. Amma güclü qoşun qruplaşmasına İran malikdir. Hətta iş o yerə çatıb ki, İraqda vaxtilə çox güclü təsirə malik olan indi İranın təsirindən daha zəif malikdir, hətta bəzi hallarda İraq hökumətinə təsir eləmək imkanına malik deyil. Amma Türkiyə ilə bağlı məsələlərdə zənnimcə, İranla ABŞ-ın mövqeyi bəzən üst-üstə düşür. Məsələn, ABŞ-ın müdafiə naziri Türkiyəyə gəldi və vəd verdi ki, Mosul əməliyyatlarında Türkiyə də iştirak edəcək. Amma Bağdada gedən kimi İraq baş naziri Abadi bəyan elədi ki, Türkiyənin Mosul əməliyyatlarında iştirakına ehtiyac yoxdur, İraqın gücü ərazi bütövlüyün təmin etmək üçün yetəcək. Halbuki, İraqın gücü filanın yoxdur. Abadi özünün sələfi olan Maliki kimi antitürk əhvalda köklənmiş qatı şiəçilik mövqeyindən çıxış eləyən, İranın tam təsiri altında olan siyasət həyata keçirir. Son vaxtlar isə bölgədə Türkiyənin təsirini heçə endirmək üçün sürəkli cəhdlər edilir. Sözsüz ki, bu, bəlli güc mərkəzlərinin hazırladıqları planlardır və bunu da icra etmək üçün Abadi kimi, Əsəd kimi oyuncaq şəxsləri seçirlər. Lakin hər halda Türkiyə-İraq müharibəsinə qədər gedilməyəcək. İraqın buna gücü yoxdur”. 

Q.Hüseynli vurğuladı ki, bölgədə vəziyyət kifayət qədər gərgindir və ABŞ da Rusiya-Türkiyə münasibətlərinin inkişafından, hətta Rusiya ilə Türkiyə arasında hərbi sazişin imzalana biləcəyi ehtimalından ehtiyatlanaraq Türkiyə ilə münasibətlərdə soyuq davranır: "Bu vəziyyət isə Abadi və Əsəd kimilərinə qol-qanad verir. Amma noyabrın 2-də ABŞ-ın Rakkaya Türkiyə ilə birlikdə hücum edilməsinin mümkünlüyü mesajını verməsi zənnimcə, qızmış beyinləri müəyyən qədər soyutdu. Eyni zamanda Rusiyanın Hələbdəki Suriya azadlıq ordusunu və üsyançı qüvvələri hədələməsi, onlara Hələbdən çıxmaq üçün 10 saat vaxt verməsi bölgənin qanlı döyüşlər meydanına çevriləcəyindən xəbər verir. Fikrimcə, Türkiyə rəhbərliyi ehtiyatlı olmalıdır. Məsələn, NATO-ya münasibət məsələsində, NATO ölkələri ilə münasibətləri yaxşılaşdırmaq məsələsində diqqətli olmalı, NATO nizamnaməsinə uyğun hərəkət etməlidir. 

Картинки по запросу Nato

Rusiya ilə münasibətlər də inkişaf etdirilməlidir, ancaq NATO-nu gözardı edib Avrasiya Birliyinə qoşulmaq kimi addımlar indiki vəziyyətdə Türkiyənin zərərinə ola bilər. Rakkaya hücum əməliyyatını ABŞ-la Türkiyə birlikdə həyata keçirilsə, bütün daşlar yerinə oturdulacaq və Abadi kimilərin boş-boşuna bəyanatlar verməsi havadan asılı qalacaq. Hadisələrin inkişafı buna doğru aparır. İranın da Türkiyə üçün qurduğu məkrli planlarının həyata keçməsi mümkün deyil. Çünki ABŞ yaxşı başa düşür ki, Türkiyənin mövqeyinin zəifləməsi və İranın mövqeyinin güclənməsi ABŞ-ın özünün strateji maraqlarına öldürücü zərbə demək olar. Odur ki, ABŞ İranın oyuncağına çevrilən İraq hökumətinə qulaqburması verəcək”.

Etibar SEYİDAĞA, musavat.com

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300