Qiyasəddin İbrahimovun  evindən hazırladığımız reportajda anası Şura xanım Qiyasla bağlı xatirələrin bölüşür...


Uluyol.info olaraq həmin videonun mətnin təqdim edirik:
 
"Qiyasdan nə daşım?! Qiyas ağıllı uşaq idi, Qiyas tərbiyəli. Qiyas  heç kimlə belə deyim ki, intriqa etməyən uşaq idi.Demək olar ki, çox vətənpərvər bir oğlandı. Həqiqətən o, çox millətini sevən, vətənini sevən, hamıya hörmət eləməyi bacaran bir uşaqdı. Bu gün ki, gundə də baxmayaraq ki, Qiyas həbsdədi.Həbsdə olduğu yerdə də Qiyası çox sevirlər.Qiyasa hörmət edirlər. Qiyasın özündən, içdən gələn bir xasiyyəti var. Sakitdir, böyüyün kiçiyin yerin biləndir.Ona görə mən həmişə rahat olmuşam.Billirəm ki,Qiyas mənə harda olur olsun olsa üzü ağlıq gətirəcək.Bax, bu gün ki, gündə həbsdə olduğu yerdəndə mənə üzüağlıq gəlir.Demirlər ki,nə Qiyas pis bir iş gördü, ya karsa saldılar.Ya kimsə Qiyasın haqqında başqa pis fikrə düşdü.Yox,ordada Qiyasa hörmət olunur.
 
O ki, qaldı Qiyasın dostlarına...
 
Mən elə bilirdim Qiyasın heç dostu yoxdur.Amma bu gün ki, gün görürəm ki, Qiyasın nə qədər, bəlkə də bütün Azərbaycan dostu imiş.Bütün  bu Vətəndən sevən bir oğlan olduğu üçün, bütün Azərbaycan, bütün Millət dost imiş. Çünki, Qiyas üçün çoxları, çox adamlar mənim yanıma gəldi. Mənə, Qiyasa dəstək oldular.Qiyasa bacı oldular,qardaş oldular.Mən indi Qiyasın tək olduğun hiss eləmirəm. Deyirəm, fikirləşirəm ki, Qiyasın çoxlu qardaşları,bacıları var.Çünki, Qiyas bunu özü qazanıb.
 
Qiyas tək uşaq olub evdə.
 
Nə bacısı olub, nə qardaşı. Sərbəst böyümüş uşaqdır.Pis, əxlaqsız adamlarla, tərbiyəsiz adamlarla oturub-durmağı sevməzdi. Həmişə istəyərdi ki, savadlı adamlarla otursun.Onlardan nəsə öyrənsin.  Öyrənməyi sevən uşaqdır, çalışmağı, oxumağı sevən uşaqdı.Bax, belə.Qiyas bu cür uşaqdı. Mən Qiyas tutulandan 4 ay evə gələ bilmədim.Bu evdən çıxdım.Yeni-yeni evə gəlirəm.Gəlirəm hər gün bir dəfə də olsa məni ağladır.Axşam saat yeddidən sonra elə bilirəm ki, hardansa gələcək.
 
Susuz dəyirmandı də mənim evim.

Qiyassız susuz dəyirmandı.Hələki susuz dəyirmandı.Qiyas haçan bu evdə olursa,tək də olsa,səsi çıxsada,çıxmasada.Elə bilirdim evimdə çoxlu adamlar var.O danışmasa da, mən danışdırırdım.Amma indi hələ ki, susuz dəyirmandır.İnşaallah balam çıxar,yenə balamın nəfəsi bu evi doldurar.Bu balaca otağı...Allahdan balama ancaq,azadlıq istəyirəm.Bütün məhbuslara azadlıq istəyirəm.İnşaallah...

 Bu gün Qiyasla danışdım. Şükür Allaha əhval ruhiyyəsi yaxşı idi.  "Sağlamlığım yerimdədir,ana " deyir. "Ağrımıram, heç bir yerim ağrımır, yaxşıyam. Bütün dost-tanışlara salam" söylədi.
 
İnşaallah, Qiyas tezliklə çıxar. O, dostları ilə, bacıları ilə təkrar görüşər.Yeganə arzum, balamın tezliklə şər-böhtandan, üzərindən götürülüb, alnı açıq, üzü ağ evinə dönməsidir.Bir ana kimi gecə-gündüz dualarımdı. Balam o məhbəsdən çıxsın.
 
Bütün, bütün  günahsız, məhbuslarımız, bütün günahsız məhbuslarımız hamısı  tezliklə öz evinə, ocağına dönsün.
Arzum budur..."


 
Saday Fərəcov
Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300