Zülallar və vitaminlərlə zəngin olan toyuq əti çox faydalı və diyetik məhsul sayılır. Lakin bunu əsasən təbii şəraitdə yetişdirilmiş toyuqlara aid etmək olar.

Uluyol.info saglamolun.az-a istinadən bildirir ki, toyuğun ən faydalı hissəsi döş əti sayılır. Onun tərkibində yağlar daha az, zülallar isə daha çoxdur. Zülallar gec həzm olunur və bu da insana daha uzun müddət ərzində özünü tox hiss etməyə imkan verir. Məhz bu səbəbdən toyuğun döş əti müxtəlif pəhrizlərdə çox geniş istifadə olunur.

Toyuğun ən ziyanlı hissəsi dəridir. Diyetoloqlar və həkimlər toyuğun bu hissəsini qəbul etməyi tövsiyə etmirlər. Bunun bir neçə səbəbi var:

- dəri yağlarla zəngindir və kalorilidir. Bu isə çəkisi artıq olan, qanda xolesterinin səviyyəsi yüksək olan insanlar üçün ziyanlıdır. Yüksək xolesterin damarların sağlamlığına mənfi təsir edir, insult və infarktın riskini artırır.

- dəri çətinliklə həzm olunur. Bu xüsusilə həzm sistemində pozulmaları olan insanlar üçün ziyanlıdır.

- toyuqların yetişdirilməsi zamanı (söhbət əsasən "broyler" toyuqlarından gedir) cüzi miqdarlarda olsa da müxtəlif kimyəvi maddələrdən istifadə olunur (hormonlar, antibiotiklər və s.). Bu maddələr əsasən  toyuğun dərisində və piyində toplanır. Bu səbəbdən toyuğun dərisini və görünən piyi istifadə etməyin, toyuğu bişirmək üçün təmizləyəndə bu hissələri kəsib tullayın.
 
 
 
Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300