Çeçenistan dövlət başçısı Türkiyə prezidentinə müraciət edərək, çeçen əsilli üç şəxsi ona təhvil verməyi xahiş edib.
Avropa.info xəbər verir ki, həmin şəxslər Türkiyə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Kadırov ümid edir ki, Türkiyə həmin şəxsləri ekstradisiya etməsi yaxşı qonşuluq əlaqələrinin sübutu olacaq.
O, saxlanılan şəxsləri qətl, adam oğurluğu və digər ağır cinayətlərdə ittiham edib.