Ermənistanın Baş naziri Karen Karapetyan Dağlıq Qarabağa gəlib.
Axar.az xəbər verir ki, erməni nazirin işğal olunmuş torpaqlarımıza səfəri dünən başlayıb. O, qondarma rejimin lideri Bako Saakyanla görüşüb. Karapetyan həmçinin qondarma Dağlıq Qarabağ rejiminin "baş naziri” Araik Arutyunyanla da görüş keçirib.
Qeyd edək ki, bundan öncə Ermənistan vitse-spikeri Eduard Şarmazanov da Qarabağa səfər edib.