Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Xalqların Demokratik Partiyasına (HDP) qarşı keçirilən antiterror əməliyyatından danışıb.

Türkiyə mətbuatının verdiyi məlumata görə, nazir deyib ki, hamı hüquqa tabe olmalıdır və heç kim hüquqdan üstün deyil. Onun sözlərinə görə, toxunulmazlıqlarının ləğvindən sonra bəzi millət vəkilləri məhkəmələrə dəvət edilib. Müxalifət liderləri də başda olmaqla, əksər millət vəkilləri bu çağırışlara hörmətlə yanaşsalar da, HDP-çi deputatlar məhkəmə dəvətlərini rədd ediblər:

"Hüququn üstünlüyünə riayət ediriksə, hər kəs məhkəmə qarşısında ifadə verməli, məhkəmə qərarına hörmətlə yanaşmalıdır. Hüququn üstünlüyü budur. "Mən hüququ tanımıram, Türkiyə məhkəmələrini tanımıram, kimsə məni ifadə verməyə apara bilməz” desən, apararlar, ifadəni alarlar, sonra səninlə bağlı qərarlarını verərlər. Təəssüf ki, məsələni bu nöqtəyə özləri gətirdilər”.

Mövlud Çavuşoğlu saxlanılan millət vəkillərindən bəzilərini PKK terror təşkilatına silah daşımaqda günahlandırıb. Onun sözlərinə görə, terrora dəstək verənlər mütləq mühakimə olunmalıdır. Nazir deyib ki, HDP-ni təmsil edən bələdiyyə sədrləri dövlət büdcəsindən ayrılan vəsaitləri PKK-ya ötürür:

"Bələdiyyə başçıları dövlət büdcəsindən, millətin vergiləri ilə formalaşan büdcədən ayrılan pulları PKK-ya ötürürlər. Millətə xidmət üçün alınan texnikadan PKK-nın bomba yerləşdirməsi, mina basdırması, çuxur, xəndək qazması üçün istifadə edilir”.

Xarici işlər naziri Türkiyəni qınayan Qərb ölkələrinə də cavab verib. O, deyib ki, Avropa İttifaqı və bəzi ölkələr Türkiyəyə demokratiya dərsi keçməyə çalışsalar da, PKK-dan silahı yerə qoymağı tələb etmirlər. 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300