Ağsu rayon Mərkəzi Xəstəxanasına (RMX) verilən elektrik enerjisi kəsilib.

RMX-nin baş həkimi Şəhrəbanu Məlikova "Report”a açıqlamasında məlumatı təsdiqləyib.

Baş həkim xatırladıb ki, Ağsu rayon Mərkəzi Xəstəxanasının yeni binası bu ilin iyun ayında istifadəyə verilib: "Xəstəxananın işıq borcu köhnə binaya uyğun olaraq 2015-ci ilin axırında hesablanıb və büdcədən ödənib. Xəstaxananın yeni binası əvvəlki bina ilə müqayisədə böyük olduğundan, ödənilən işıq pulu tamamilə istifadə olunub. Noyabr və dekabr aylarında istifadə olunacaq işıqpulunu ödəmək üçün pulumuz yoxdur. Həm də "Azərişıq" ASC-yə borcumuz yaranıb. Bu səbəbdən də xəstəxananın işığı kəsilib. Bizə bildirirlər ki, işıqpulu verilməsə, xəstəxananın işığı bərpa olunmayacaq”.

Onun sözlərinə görə, hazırda xəstəxanada 22 dializ xəstəsi var: "Əməliyyat olunmalı xəstələrimiz var, yeni körpələr dünyaya gəlib, küvezdə körpə var - o uşaq ölsə biz nə edəcəyik?!”.

Ş.Məlikova qeyd edib ki, xəstəxanaya elektrik enerjisi müvəqqəti olaraq generatorla verilir: "Təcili əməliyyatlarımızı bu şəraitdə edirik, amma belə nə qədər davam edə bilər?! Həm də generator dializ aparatlarını işlətmir”.

Həkim bildirib ki, dövlət qurumlarına və nazirliklərə müraciət edilib: "Hər yerə müraciət etmişik, amma cavab verilmir. Heç kim heç nə demir. Hazırda xəstəxanada istilik sistemi, havalandırma sistemi işləmir, su, işıq yoxdur. Bu sistemlərin hamısı elektrik ilə işləyir. Məcburuq ki, xəstəxananı bağlayaq çıxaq. Bəs xəstələri nə edək, hara yollayaq?!”.

 
 
Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300