Türkiyədə çıxan "Cümhuriyet” qəzetinin rəhbərliyi və yazarlarına qarşı "PKK-KKC (terrorçu PKK qruplaşması və "Kürdüstan İctimaiyyəti İttifaqı” - "Report”) və FETÖ/PYD ( Fətulahçı Terror Təşkilatı və PKK-nın Suriyada fəaliyyət göstərən qollarından biri - "Report” ) terrorçu qruplaşmalarının xeyrinə cinayət törətmək” ittihamı irəli sürülüb.

"Report” Haberturk-ə istinadən xəbər verir ki, qəzetin tutulan 13 əməkdaşı və məsul şəxslərindən 9-u barədə həbs qətimkan tədbiri seçilib. 9 nəfər "terrorçu qruplaşmalara üzv olmaqla yanaşı, onun xeyrinə cinayət törətməkdə ittiham olunurlar.

Xəbərə görə, qəzetin indiki və keçmiş mühasibləri sərbəst buraxılıb, yazarlar - Hikmet Çetinkaya və Aydın Engin səhhətlərindəki problemlə bağlı ədliyyə qurumunun nəzarəti altında qalmaqla azad olunublar.

Onlar oktyabırn 31-də tutulublar. 

Qeyd edək ki, bu ilin martında Ankaradakı "Kızılay” meydanında 37 nəfərin ölümü, 125 nəfərin yaralanması ilə nəticələnən terroru törətməkdə şübhəli bilinən Səhər Çağla adlı terrorçunun da üzərindən "Cümhuriyet” qəzetinin əməkdaşı olduğuna dair vəsiqə aşkarlanıb. Terror törədərkən ölən Səhər Çağla 4 qadın dostu ilə birlikdə terrorçu PKK-ya üzv olmaqda ittiham edilib.

"Cümhuriyet" qəzeti 1924-cü il mayın 7-dən etibarən gündəlik nəşr olunur. Qəzetin adını Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürk qoyub.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300