"Təhqiqat aparılan zaman tam olmayan və sadəcə informasiya sızıntısı üzərində hərəkət etmək olmaz”

ABŞ-da prezident seçkilərinin bitməsinə bir neçə gün qalmış Demokrat partiyasından namizəd Hillari Klintonun "poçt skandalı” gündəmin birinci mövzusu qalmaqda davam edir.

 Əlbəttə ki, bu məsələni gündəmdən çıxmağa qoymayan Respublikaçılar partiyasına və onun namizədi Donald Trampa yaxın olan media qurumlarıdır.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, ABŞ prezidenti Barak Obama da artıq məsləyə qarışmalı olub.
Obama üstüörtülü də olsa, FTB direktorunun son qərarından narazılığını ifadə edib.

Barak Obama bu barədə ABŞ-ın NowThisNews internet portalına danışıb. Prezident hüquq-mühafizə orqanlarının işinə qarşımadığını vurğulamaqla bərabər, hər halda, məsələ ilə bağlı öz şəxsi mövqeyini çatdırıb: "Düşünürəm ki, müəyyən normalar mövcuddur…Təhqiqat aparılan zaman biz tam olmayan, sadəcə məlumat sızmaları  üzərində hərəkət etməməliyik”. 

Obama xatırladıb ki, "həm FTB-nin, həm Ədliyyə nazirliyinin, həm də Konqresdə aparılan təhqiqatın gəldiyi nəticə ondan ibarət olub ki, Hillari Klinton müəyyən səhvlərə yol verib. Lakin bu onu ittiham etmək üçün əsas sayılmır.”

Картинки по запросу FBİ

Bu müsahibədən sonra Ağ Evin mətbuat katibinin müavini Erik Şults öz bossunun sözlərinə aydınlıq gətirməli olub. O, Barak Obamanın bəzi sözlərinin təhqiqatın başlanması ilə bağlı əvvəlki fikirlərinə zidd olmadığını bildirib.

Qeyd olunur ki, Barak Obama FTB-nin Hillari Klintona qarşı təhqiatı yenidən bərpa olunduğunu elan etdiyi ilk günlərdə mətbuata verdiyi bəyanatda buna görə FTB direktoru Ceyms Kominin nə  tənqid, nə də dəstəkləyəcəyini bildirmişdi.

Картинки по запросу Obama Clinton FBİ

 Donald Tramp isə məsələnin üzərinə getməkdə davam edir. Çünki bu skandal respublikaçı namizədin on gün bundan öncəki müddətə qədər sönən ümidlərinə yenidən işıq saçıb.

Tramp Mayamidə tərəfdarları qarşısında çıxış edərək təhqiqatın Hillari Klintonun namizəd olmasını belə şübhə altına qoyduğunu bəyan edib: "Əgər Klinton qalib gəlsə bu konstitusiya böhranı yaradacaq”.

Картинки по запросу Tramp

Donald Trampın seçki qərargahı isə Obamanı hüquq mühafizə orqanlarının işinə müdaxilə etməkdə günahlandırıb. Trampın müşaviri Ceyson Miller demokrat namizədə yönəlik iki müxtəlif araşdırmanın getdiyini xatırladıb. Bunlardan biri elektron yazışmalar, digəri isə Hillari Klintonun həyat yoldaşı, ABŞ-ın keçmiş prezidenti Bill Klintonla birlikdə qurduğu fondla əlaqədardır.

Millerin sözlərinə görə, bu keçmiş dövlət katibinin seçki yarışından kənarlaşdırılması üçün kifayətdir.

ABŞ-ın RealClearPolitics saytına görə isə son hadisə Klintonun reytinqlərinə ciddi zərbə vurur.
Hazırda namizədlər arasında fərq getdikcə azalmaqdadır. İndi Donald Tramp Hillari Klintondan sadəcə 2% geridə qalır. Halbuki FTB-nin yeni qərarından öncə bu rəqəm 5-7%-lə ölçülürdü.

ABŞ-ın Politico.com saytının verdiyi məlumata görə isə demokratlar Hillari Klintonun seçki günü rəqibini məğlubiyyətə uğradacağından əmin görünürlər.

Onlar Donald Trampın son günlərdə  reytinqlərdə əldə etdiyi sıçrayışına tab gətirə biləcəklərini söyləyirlər.

Siyasi müşahidəçilər prezidentlik uğrunda yarışda 7 ştatın- Kolorado, Florida, Ayova, Nevada, Şimali Karolina, Ohayo və Viskonsinin "açar” rolu oynadığını bildirirlər. 

Demokrat partiyasının strateqləri Kolorado, Nevada, Şimali Karolina, Ohayo və Viskonsində qələbəyə yaxın olduqlarını qeyd etməklə yanaşı, Florida və Ayovada respublikaçıların üstünlük qazandıqlarını etiraf edirlər.

Vaqif Hüseyn, musavat.com

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300