"Barselona” klubunun türkiyəli futbolçusu Arda Turanın Van vilayətinin Özalp rayonunda xidmət edən əsgərlərə istilik batereyaları göndərməsi barədə məlumat vermişdik.
 
Axar.az xəbər verir ki, bu hadisədən sonra Türkiyə Silahlı Qüvvələrində araşdırma başlanıb, istilik batereyalarının Ardaya geri göndərilməsi barədə tapşırıq verilib.
 
Məlumata görə, sözügedən ərazidə yerləşən sərhəd zastavası 2011-ci ildə tam təmir olunub və əsgərlərin şəraiti ilə bağlı heç bir problem yoxdur.
 
Türkiyə Müdafiə Nazirliyindən verilən məlumata görə, iki generatordan əlavə, zastava mərkəzi istilik sistemi ilə təmin olunub.
 
Növbətçi postlarda isə əsgərlərin qızınması üçün yağlı radiatorlardan istifadə olunur. Ardanın göndərdiyi infraqırmızı istilik batereyalar isə işıq saçdığından postlarda növbə çəkən əsgərlərin təhlükəsizliyi baxımından yararsız hesab olunub.
 
Xatırladaq ki, sərhədçilər Arda Turanın İnstaqram hesabına mesaj yazaraq üşüdüklərini, qızdırıcıya ehtiyacı olduğunu bildirmişdilər. Mesaja dərhal reaksiya verən ulduz futbolçu lazımi istilik batareyalarının Vana göndərilməsini təşkil edib. 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300