Türkiyənin Ankara və İstanbul şəhərlərində HDP-çilərin həbsinə etiraz etmək üçün aksiyalar təşkil olunub.
 
Axar.az xəbər verir ki, kürd partiyasına yaxın Ankara Əmək və Demokratik Qüvvələri adlı həmkarlar ittifaqı paytaxtın Yüksəl küçəsinə toplaşıb. İnsan Haqları heykəli önündə toplaşan HDP tərəfdarları dövlət əleyhinə şüarlar səsləndiriblər. Ankara Valiliyi 30 noyabra qədər paytaxtda toplantı, mitinq, etiraz nümayişi keçirməyi qadağan etdiyindən polis nümayişi dağıdıb.
 
HDP-çilərin həbsinə etiraz etmək üçün İstanbulun Əsənyurd meydanında da aksiya təşkil olunub. Təxminən 100 nəfərlik qrup günorta saatlarında meydanda nümayiş keçirmək istəsə də, polis buna imkan verməyib.
 
Hər iki etiraz aksiyasında həbs edilən olmayıb.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300