2016-cı ildə Aralıq dənizi ilə Avropa ölkələrinə 335 mindən çox qaçqın və mühacir gəlib. Novator.az-ın məlumatına görə, Beynəlxalq Miqrasiya Təşkilatı noyabrın 4-də belə hesabat yayıb.

Təşkilat bəyan edib ki, noyabrın 2-nə qədər Avropa 335 min 31 qaçqın qəbul edib. Ən çox köçkün qəbul edən ölkə Yunanıstan (170 min nəfər) və İtaliyadır (158 min nəfər).

Hesabata görə, bu ilin əvvəlindən Aralıq dənizində 4220 nəfər həlak olub və ya itkin düşüb.

Aralıq dənizində ən təhlükəli miqrasiya marşrutu Şimali Afrikadan İtaliyaya gedən yoldur. Bu marşrut 3743 nəfərin həyatına son qoyub. Türkiyədən Yunanıstana gedən dəniz yolunda ilin əvvəlindən 415 nəfər həlak olub.

2016-cı ildə Aralıq dənizində həlak olan mühacir və qaçqınların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 725 nəfər çoxdur.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300