Azərbaycanın rayonlardakı xəstəxanaları həbsxanalara bənzəyir

Bunun növbəti nümunəsi Göyçayda yaşanır. 

Göyçay rayon Uşaq Xəstəxanası uşaq koloniyasına oxşayır. Xəstəxanadan şəkillərə baxanda mənzərə tam aydınlaşır. Səhiyyə Nazirliyinin qayğısı və tibbə göstərdiyi analoqsuz xidməti uşaq xəstəxanasında öz əksini tapır. 

Üstəlik, Göyçayda keçirilən nar bayramı münasibətilə bütün səhiyyə işçilərindən pul yığılır. Azərbaycanı dünyaya səhiyyəsi, təhsili ilə tanıtmalıyıq. Nar dənləməklə, başla qarpız yarmaqla yox. 

Amma Göyçay uşaqlarının müalicə olunduğu şərait əsl "bayram” ab-havası yaradır. Göyçay səhiyyə şöbəsi rəhbərliyi və səhiyyə naziri Oqtay Şirəliyev sanki Göyçayda uşaq həbsxanası saxlayır. Bu şəraitdə hansı xidmətdən, müayinədən danışmaq olar?

Ümumiyyətlə, bu barədə əlavə nəsə yazmağa ehtiyac yoxdur. Çünki fotolar hər şeyi ifadə edir. Korrupsiyanı da, səhiyyənin səviyyəsini də, rəhbərliyin fəaliyyətini də...

Politika.Az-ın xəbərinə görə, bu günlərdə ödənişli tibb xidmətinə keçid də elə bu xəstəxanaya tam uyğundur. Pullu tibbi xidmət qərarı nazirlikdə toy-bayrama səbəb olub. 

Bu şənliyə Bakı və regionlardakı baş həkimlər də qoşulub. Onlar qurbanlar kəsir, nəzir-niyaz verir, ehsan paylayır. Çünki xalqı açıq şəkildə soymaq süçün heç bir maneə qalmadı. 

Bununla da rüşvəti səhiyyədə leqallaşdıran Nazirlər Kabineti və Səhiyyə Nazirliyi Avropa tibbindən daha yüz min kilometrlərlə uzaqlaşaraq yaxın Afrika ilə bərabərləşməkdədir. 

Bu qərar bütün baş həkimlərin və dövlət klinikaları rəhbərlərinin ürəyinə yağ kimi yayılıb. 

Bu, Nazirlər Kabinetinin "Dövlət orqanlarının və səhmləri dövlətə məxsus olan hüquqi şəxslərin tabeliyindəki tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi”nə etdiyi dəyişiklikdə əksini tapıb. 

Nizamnaməyə əsasən indiyə qədər dövlət xəstəxanalarının vəzifəsi pulsuz tibbi xidmət göstərmək olub. Bu müəssisələrin yalnız növləri Nazirlər Kabineti tərəfindən müəyyən edilən ixtisaslaşdırılmış pullu tibbi yardım göstərmək hüququ var idi. 

Dəyişikliyə əsasən isə bundan sonra dövlət xəstəxanaları yalnız "Əhalinin sağlamlığı nın qorunması haqqında” qanunla müəyyən edilmiş hallarda pulsuz xidmət göstərəcək. 

Eyni zamanda, dövlət adından yaradılan müəssisələrdə əvvəlki qaydada növləri NK tərəfindən müəyyən edilən ixtisaslaşdırılmış pullu tibbi yardım xidməti olacaq. 

Nizamnaməyə edilən digər dəyişikliyə əsasən bələdiyyə adından yaradılan müəssisələrdə pullu tibbi xidmət göstəriləcək. Yalnız "Əhalinin sağlamlığının qorunması haqqında” qanunda müəyyən edilmiş pulsuz tibbi xidmət göstərmə halları istisna olacaq./politika.az
 

Səhiyyə naziri
Səhiyyə naziri
Səhiyyə naziri
Səhiyyə naziri
Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300