Sumqayıt şəhəri Yaşıldərə ərazisinin sakini Məqsəd İmranov evinin dam örtüyünün qurulmasına görə, 11 nəfər tərəfindən hədələnir.

Bu barədə Məqsəd İmranov Qaynarinfo.az-a məlumat verib. Şikayətçi bildirib ki, özlərini memarlıq idarəsinin işçiləri kimi qələmə verən, lakin özlərini təqdim etməyən şəxslər 2500 AZN verməyəcəyi təqdirdə evin damını sökəcəklərini deyiblər:

"Bizim ərazidə evlərin heç birisinin sənədi yoxdur. 2011-ci ildə bu evi tikmişəm, imkansızlıqdan dam örtüyü qalmışdı. İndi kreditlə, borcla dam örtüyünü vurmağa başlamışam. İşləyənlər də qohumlardır, dam örtüyünü bağlamağa kömək edirlər. Memarlıq dünən gəlib bizi kənara çəkdilər. Atamla danışan zaman dedilər ki, 2500 AZN  pul verin,dam örtüyünü vurun. Atam da deyib ki, pulumuz yoxdur. Sonradan 11 nəfər tökülüb gəldilər ki, evinizi sökəcəyik. Evdə də yaşayış var. Bimirəm kimlərdir, haradan gəliblər. Heç bir yerə bununla bağlı müraciət etməmişəm. 2500 manat pul istəyənlər bilinmir kimdir, nə sənəd göstərir, nə özün təqdim edir. Elə deyirlər ki, memarlığın işçiləriyik. 2011-ci ildə evin tikilişində bələdiyyə də gəlmişdi, 300 AZN vermişdik. Qonşunun evinə zorla gəlib şiferin vurub qırdılar. Sabah bilmirik bu tanıdağımız adamlar gəlib nə edə bilərlər”.

Qaynarinfo.az Sumqayıt şəhər İcra hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsi lə əlaqə saxlamağa çalışsa da, telefon zənglərinə cavab verən olmadı:

Məsələni diqqətdə saxlayacağıq...

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300