Fikrət Fərəməzoğlunun ailəsini səfirlik mühafizə edir; jurnalistin həyat yoldaşı barəsində xoşagəlməz xəbərləri kimlər yayıb?; Faiqə Nosrati: "Hər dəqiqə səfirlik başımızın üstündədir”

 

Hazırda həbsdə olan jam.az saytının baş redaktoru Fikrət Fərəməzoğlunun ailəsinin İran səfirliyinə sığınması barədə xəbər vermişdik. Jurnalistin ailəsi artıq səfirliyin nəzarətindədir. Doğrudur, səfirliyin təşkil etdiyi evdə yerləşməsələr də, Fərəməzoğlu ailəsi öz evində səfirlik tərəfindən mühafizə olunur. 

Bundan  başqa, bəzi saytlarda  F.Fərəməzoğlunun həyat yoldaşı Faiqə Nosrati haqqında qeyri-etik xəbərlər dərc ediblər ki, bu da qarşı tərəfdə ciddi narazılıq doğurub.  F.Nosrati "Yeni Müsavat”a açıqlamasında vətəndaşı olduğu İran səfirliyinə sığınmasının səbəblərini açıqladı: "Belə iyrənc hadisələri yaşayacağımı bilmirdim, zənn edirdim ki, adi təhdidlərdir. Amma işin ən pik nöqtəsinə gəldik. Barəmdə əxlaqsız xəbərlər paylaşıldı. Səfirliyə müraciət etməyə məcbur qaldım. Mənə dedilər ki, sənə ev ayırırıq, orada yaşayarsan. Fikrətin məsələsi tam aydınlaşana qədər. Səfirliyə xəbər verdim ki, noyabrın 3-də onların ayırdıqları evə gələcəm. Amma sonradan fikrimi dəyişdim və səfirliyə məlumat verdim ki, öz evimdə qalıram, siz mənim evimi qoruyun. Onlar da bununla razılaşdılar. Ona görə evimi tərk etmədim ki, sonradan evdə adam olmayanda gəlib kamera, dinləmə quraşdırarlar. Sonra isə şəxsi həyatıma aid şeylər paylaşarlar. Səfirlikdən xahiş etdim ki, kolidora kamera quraşdırsınlar. 24 saat da evimiz mühafizə altında olacaq. İstəmirəm səfirliyin evində yaşamaq. Əvvəl deyilirdi ki, Fikrət rüşvət alarkən həbs olunub. Amma indi sübut olundu ki, həyat yoldaşım yazdığı yazılara görə həbs edilib. Bizi ləkələmək istədilər, amma alınmadı. Belə əxlaqsız xəbər yayan saytlar pula görə hər şeylərini satanlardır. Bu saytlar Fikrət həbs olunandan bu günə qədər onun barəsində bir xəbər belə yazmayıblar. Aydındır ki, o saytlara müəyyən məbləğdə vəsait verilib, bu xəbəri yaymaq üçün. Vəkil baş verənlər barədə şikayət hazırlayıb, prokurorluğa təqdim edəcək. Bir qadının başına necə oyun aça bilərlər ki? İlkin mərhələdə belə iyrənc xəbəri yayarlar. Bu hərəkəti edən şəxslər məsuliyyətə cəlb olunmalıdırlar. Onlar bildirirlər ki, haker hücumuna məruz qalıblar. Həmin məlumatları bir müddət yayıblar. Bunun screenlərini etmişik. Fikrət bəylə məsləhətləşəcəm. Bu barədə məhkəməyə müraciət etmək fikrimiz var. Əxlaqa sığmayan qeyri-etik ifadələr işlədilib. Təəssüf edirəm ki, hüquq-mühafizə orqanları vəkilə təsir etmək üçün belə imkanlara əl atırlar. Bu şeylər davam edəcək. Ona görə də evdən bayıra çıxanda da səfirliyin əməkdaşı məni mühafizə edəcək”.

Jurnalistin həyat yoldaşı xarici ölkələrin birindən siyasi sığınacaq istəmək fikrində olmadığını da söylədi:"Bu barədə heç vaxt düşünmək belə istəməmişəm. Yoldaşımı heç vaxt həbsdə tək qoymaram. Ömrü boyu həyat yoldaşımı həbsxanada saxlasalar belə, onu tək qoyub ölkədən getmərəm. Fikrət azadlığa çıxandan sonra onun məsləhəti ilə harasa gedə bilərik. Fikrət həbs olunduğu andan səfirliyə müraciət etmişdim. O zamanlar təhdid olunmuşdum. O zamandan səfirliklə əlaqəm var idi. Hər dəqiqə səfirlik başımızın üstündədir. Bunları bilə-bilə niyə belə hərəkətlər edirlər, hələ də anlamıram”.

F.Fərəməzoğlunun vəkili Elçin Sadıqovun  təqib olunmasını iddia edən jurnalist xanımı bunu   yolverilməz hesab edir: "Bütün səlahiyyətli orqanlardan, o cümlədən ölkə başçısından xahiş odur ki, bu məsələni dərhal araşdırıb, son qoyulmasına göstəriş versinlər”. 
Xatırladaq ki, Fikrət Fərəməzoğlu barəsində 2016-cı il iyulun 2-də Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Jurnalist Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə pul tələb etmədə) maddəsi ilə təqsirləndirilir. O, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır.

Cavanşir ABBASLI, musavat.com

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300