24 noyabr 2015-ci ildə Türkiyə-Suriya sərhədində Su-24 təyyarəsinin vurulması nəticəsində həlak olan pilot Oleq Peşkovun həyat yoldaşı Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə görüşə hazır olduğunu bildirib.

 

Axar.az xəbər verir ki, Yelena Peşkova rəsmi üzrü qəbul etmək istədiyini deyib.

 

"Ailəmizin keçirdiyi acı dönəmə baxmayaraq Çavuşoğlu ilə görüşmək üçün Moskvaya gedəcəyik”, -  Peşkova bildirib.

 

Bir neçə gün öncə Türkiyə XİN rəhbəri Rossiya-24 kanalına açıqlamasında Oleq Peşkovun həyat yoldaşından üzr istəməyə hazır olduğunu vurğulamışdı.

 

Qeyd edək ki, 2015-ci ilin payızında Türkiyə F-16-ları sərhədi keçən Rusiya hərbi təyyarəsinə raket zərbəsi endirib. Nəticədə Su-24 tipli hərbi təyyarənin pilotu Oleq Peşkov və Konstantin Muraxtin katapult edib. K.Muraxtin xilas olsa da, O.Peşkov suriyalı müxaliflər tərəfindən güllələnib. Sonra rus pilotun cəsədi müxaliflərdən alınaraq təyyarə ilə Rusiyaya göndərilib.

 

O.Peşkov Rusiya Qəhrəmanı adına layiq görülüb. Bu il iyunun 27-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Örezidenti Vladimir Putinə göndərdiyi məktubda baş vermiş hadisə ilə əlaqədar üzrhaqlıq edib. Bundan sonra iki ölkə arasında əlaqələrin bərpası istiqamətində ciddi addımlar atılıb.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300