Beyləqan rayon Məhkəməsinin hakimi Nəsrullah Əliyev haqqında son zamanlar KİV-də xoşagəlməz məlumatlar yayılmaqdadır.Bu məlumatlardan biridə uluyol.info-nun elektron ünvanına gələn şikayət məktubun təqdim edirik:

"Yazıb sizdən xahiş edirəm ki,mən Mahmudov Vəfadar Mətləb oğlu, Beyləqan rayon Məhkəməsinin hakimi Nəsrullah Əliyevin sifarişli fəaliyyətindən şikayətçiyəm. Nəsrullah Əliyev keçmiş arvadımın özü və qardaşının sifarişi ilə mənə , aztəminatlı ailə başçısına , fəhləyə 14000 min manat maddi ziyan vuran ədalatsiz, qərəzli qətnamə qəbul etmişdir.

Mən boşandığım arvadımla Əlinəzərli kəndində bir otaqdan ibarət uçuq-sökük daxmada yaşayırdım. Nəsrullah Əliyev tam qərəzli şəkildə keçmiş arvadımın bir otaqlı mənzilə 14000 (on dört min ) manat cer–cehiz yığdığını təsdiq edən qətnamə qəbul etmişdir. Görəsən 24 kv.metr otağa hörmətli Nəsrullah Əliyev hansı riyazi hesablama ilə 14000 ( on dört min )manatlıq cer-cehiz yerləşdirir?!  

Azərbaycan Respublikası Ali Məhkəməsinin haqq-ədalət bərpa etməsi, işimi aparan hakim Mehbarə Əhmədovanın daxili inam, vicdanlı qərarı sayəsində mən Beyləqan rayon Məhkəməsinin haqsız - ədalatsiz qərarından yaxa qurtardım. Buna görə mən Azərbaycan Respublikası Ali Məhkəməsinin haqq - ədaləti bərpa etməsi, işimi aparan hakim Mehbarə Əhmədovaya minətdarlığımı, təşəkürümü bildirirəm! Mehbarə Əhmədova bu haqlı qərarı ilə bir daha sübut etdi ki, Azərbaycan Respublikasının Məhkəmə strukturunda haqq - ədaləti söyləyəcək hakimlər mövcuddur!

03.11.2016–cı il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarından çox məyyus olmuş Beyləqan rayon Məhkəməsinin hakimi Nəsurullah Əliyev məni yanına çağırtdıraraq dolayı yollarla mənə təsir etməyə çalışdı, uduzmuş tərəflə kompramisə getməyimdə israr etdi.

Odur ki, Sizdən xahiş edirəm Nəsrullah Əliyevin bu əməlinin qarşısının alınmasında mənə tezliklə köməklik göstərəsiniz,problemimin ictimailəşdirilməsində yardımçı olasız".

 

Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300