Özünün İŞİD adlandıran qruplaşma liderləri Əbu Bəkr əl-Bağdadiyə məsxus olduğunu iddia etdikləri səs yazısını paylaşıblar.

Əgər audioyazı həqiqidirsə, bu, onun son bir il ərzində ilk ictimai mesajıdır və ölümünə dair şayiələri də aradan qaldırır.

Audiodakı səs iraqlıları Mosul şəhərini İraq ordusundan müdafiə etməyə çağırır.
Bağdadinin harada olması məlum deyil. Bəzi rəsmilərin bildirdiyinə görə o, digər İŞİD döyüşçüləri kimi Mosulda ola bilər.

Audiodakı səsin Bağdadiyə məxsus olması müstəqil təsdiqini tapmayıb. Son bir il ərzində onun ölümünə dair davamlı şayiələr yayılıb. Keçən il İraq hərbiyyəsi ona məxsus konvoyu vurduğunu bildirmişdi.

Bağdadi iki il bundan əvvəl məhz Mosul şəhərində "xilafəti" elan edib.

İraq xüsusi qüvvələri son hücumlarını kürd peşmərgə qüvvələri, şiə silahlıları və sünni ərəb tayfalarının köməyi ilə həyata keçirib.

Çərşənbə günü onların ələ keçirdikləri Mosulun Kukcalı rayonundan İD döyüşçülərini təmizlədiklərini bildirilib (BBC).

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300