Bir neçə gün əvvəl Azərbaycanın Ukraynadakı səfirliyində kadr təyinatı olub.

Səfir Azər Xudiyevin əmri ilə Anar Tahirov səfirliyin ictimaiyyətlə əlaqələr üzrə katibi təyin edilib.

A.Tahirov oxuculara "fətullahçılar”la bağlı məsələlər medianın gündəmində olan dövrdən tanışdır. Əvvəllər AzTV-nin Ukraynadakı operatoru kimi fəaliyyət göstərən A. Tahirov sonradan "Ukrayna azərbaycanlı gənclər birliyi” təsis edib. Lakin sonradan bəlli oldu ki, bu qurum fətullahçı ideologiyasına qulluq edir və Azərbaycandakı nurçulardan dəstək və göstərişlər alır.

2014-cü ildə yayılan xəbərlərdə bildirilirdi ki, bu ictimai təşkilat məhz Elnur Aslanovun patronajlığı ilə fəaliyyət göstərir. Hətta bu təşkilatın keçirdiyi toplantılarda o zaman Azərbaycan Respublikası Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanovla bərabər Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev, Milli Məclisin deputatı Ceyhun Osmanov, Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov, ASAİF-in sədri Ramin Hakimov, "İrəli” ictimai gənclər təşkilatının sədri Rauf Mərdiyev, Dağlıq Qarabağın Azərbaycan icmasının əlaqələndirmə şurasının sədri Orxan Əkbərovun dəfələrlə iştirak etdiyi vurğulanırdı.

Onu da qeyd edək ki, A. Xudiyev bu ilin iyununda Ukraynaya səfir təyin edilib.(qafqazinfo)

Elnur Aslanovun adamına vəzifə verildi

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300