FETÖ lideri, ABŞ-ın Pensilvaniya ştatında yaşayan Fətullah Gülən Rusiyanın ermənilərə yaxınlığı ilə tanınan "Reqnum” xəbər agentliyinə müsahibə verib.

 

Avropa.info xəbər verir ki, agentliyin jurnalistinin "Türkiyənin xarici siyasətində dəyişiklik heç kimə gizlin deyil. Minlərlə insan siyasətçilərin atdığı addımlar səbəbilə həbsə atılır, kürd vətəndaşlar haqsız təzyiqlərə məruz qalır. Bəs bu haqda nə düşünürsünüz? Kürdlərin yaşadığı bölgələrdə problemi necə aradan qaldırmaq olar?” kimi qərəzli sualına Gülən belə cavab verib:


"2006-ci ildə mən ölkə rəhbərliyinə Türkiyədə yaşayan kürd vətəndaşların problemlərinin həlli üçün təkliflər paketi göndərmişdim. Amma təəssüflər olsun ki, hökumət bu təkliflər paketinə əhəmiyyət vermədi. Əgər kürdlərin yaşadığı ərazilərdə məqsədəuyğun şəkildə siyasi addımlar atılsaydı, bu gün problemlərin demək olar ki, hamısını həll etmək mümkün idi. Misal üçün deyim ki, kürdlərin mədəni hüquqları bərpa olunsa, onlara doğma dillərində oxumaq imkanı verilsə, eləcə də regional iqtisadiyyatın gücləndirilməsi, işsizliyin aradan qaldırılması, bölgədə mərhəmətli müəllimlər, həkimlər, hakimlər, prokurorlar və dövlət qulluqçuları olsaydı, bu yolla gənclərin qarşısını almaq mümkün olardı. Bu saydığım işlərdən heç biri görülmədi, hökumət bütün bunlara göz yumdu və nəticədə bölgədəki kəndlər silah anbarına çevrildi. Sonda isə hökumət bu bölgəyə silahlı qüvvə yönəltmək məcburiyyətində qaldı. Düşünürəm ki, bu məsələnin ən doğru yolu istər Türkiyədə, istər Suriyada, istərsə də İraqda kürdlərin və digər etnik və dini qrupların mədəni hüquqlarının tanınması, onların həyat şərtlərinin yaxşılaşdırılması üçün bölgədə müvafiq bütün addımların atılması və onların olduqları kimi qəbul edilməsidir".


Qeyd edək ki, Fətullah Gülən müsahibəsi zamanı Türkiyə hökumətinin guya ki, kürdlərin hüquqlarını pozduğunu aşılamağa çalışıb. FETÖ lideri son illər Türkiyənin kürdlər yaşayan bölgələrində infrastrukturların qurulması, xalqa müəyyən hüquqların verilməsi, yeni məktəblərin, hava limanlarının, yolların, şəhərlərin inşa olunması, unversitetlərdə kürd dilində kafedraların açılması, AKP hökumətində 3 nəfər kürd nazirin olması barədə bir kəlmə də danışmayıb. Əvəzində Türkiyənin guya ki, PKK-ya qarşı deyil, kürd xalqına qarşı mübarizə apardığı görüntüsünü formalaşdırmağa çalışıb.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300