Uzun zamandır səsi gəlməyən YAP-çı gənclərdən biri, YAP gənclər təşkilatının sədr müavini olduğu deyilən Əli Pənahovun müsahibəsi ilə rastlaşdım. Maraqlı gəldi, dedim, baxım. Düşündüm, ölkədə problemlər xirtdəyəcən qalxdığı bir zamanda, yəqin YAP-ın gənc təmsilçisi ölkənin düşdüyü böhrandan çıxış yolları təklif edib. Əksinə, yenilikdən uzaq, heç bir təklif əks olunmayan quru sözlər, gənclik ruhundan əsər-əlamət olmayan müsahibə. Qoca yapçıların ritorikası ilə tamamən eyni olan ritorika. 

Niyə bu məsələyə toxunuruq?

Məsələ ondadır ki, bu gənc təbii ardıcıllığı qoruyaraq müxalifətçi gənclərin ünvanına böhtan və həqiqətdən uzaq fikirlər səsləndirib. Bizim YAP gənclərindən çəkindiyimizi söyləyib, güya sosial şəbəkədə onları "blok” etdiyimizi, onlarla debatdan çəkindiyimizi bildirib. Hətta demokratik düşərgənin gəncləri tərəfindən təhqir olunublar və s.. 

Mövzunu uzatmadan hər zaman təhqirdən, yalandan uzaq, həqiqətləri çılpaq formada səsləndirmək xətti tutan Müsavatçı Gənclər Təşkilatı olaraq, bütünlüklə YAP hakimiyyətinin nəzarətində olan istənilən telekanalların birində YAP gənclərinin rəhbərliyində təmsil olunan istənilən gənci Müsavatçı Gənclər Təşkilatının nümayəndəsi ilə debata dəvət edirik. 

Ölkə üçün əhəmiyyətli olan istənilən mövzuda, yapçı gənclərlə istədikləri gündə və saatda müsavatçı gənclər olaraq debata hazırıq.

Əbülfəz Sadıqbəyli

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300