Müsavat Partiyası Təbrizin Mərkəzi Zindanında aclıq aksiyası  keçirən hüquq müdafiəçisi Rəsul Rəzəviylə bağlı bəyanat yayıb.


Bəyanatda deyilir:

"Tanınmış hüquq müdafiəçisi, qanunsuz həbs olunan milli fəal Rəsul Rəzəvinin İrandakı məhkəmələrin ədalətsiz qərarlarına etiraz olaraq başladığı aclıq aksiyası 32 gündür davam edir. 

Rəsul Rəzəvi dəfələrlə milli haqların və insan hüquqlarının müdafiəsi ilə bağlı tədbirlərdə, aksiyalarda fəal iştirak etdiyi üçün dəfələrlə həbs olunmuşdur.

Müsavat Partiyası Rəzəvinin bu ilin may və iyun aylarında da 25 günlük aclıq aksiyası keçirdiyinə diqqət çəkərək, onun sağlamlığının kritik həddə olduğunu bildirir.

Müsavat Partiyası İran hakimiyyətindən soydaşımız Rəsul Rəzəvinin uzun müddətli aclıq aksiyası keçirməsinə səbəb olan qanunsuzluqların aradan qaldırılmasını və Rəsul Rəzəvinin dərhal azad edilməsini tələb edir".

 

Картинки по запросу Rəsul Rəzəvi foto

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300